525.Az

"Kiyevə “Petriot” sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq"


 

"Kiyevə “Petriot” sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq"<b style="color:red"></b>

"Kiyevə “Petriot” sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq".

525.az “Interfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Petriot”a gəlincə, bu, yetərincə köhnə sistemdir, məsələn, bizim “S-300” kimi işləmir. Ancaq buna baxmayaraq, bizə qarşı çıxanlar bunun müdafiə silahı olmasına əsaslanırlar - yaxşı, olsun. Bunu sadəcə nəzərdə saxlayacağıq”, - dövlət başçısı vurğulayıb.

“Əlacı həmişə tapılacaq. Qoy təmin etsinlər, biz onları sınağa çəkərik”, - deyə Prezident “Petriot” sistemlərini şərh edərkən əlavə edib.

Xatırladaq ki, “Petriot” zenit-raket komplekslərinin Ukraynaya çatdırılması dekabrın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı elan edilib və bu, Ukrayna liderinin müharibə başlayandan bəri ilk xarici səfəri olub.

 

 





22.12.2022    çap et  çap et