525.Az

Günay Əfəndiyeva Astanadakı Beynəlxalq Forumda iştirak edib


 

Günay Əfəndiyeva Astanadakı Beynəlxalq Forumda iştirak edib<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Astanada 20-21 dekabr tarixlərində  keçirilən Mərkəzi Asiya Media Forumunun işində iştirak edib. Forumun açılışında Qazaxıstan Respublikasının mətbuat və sosial inkişaf naziri Darxan Kıdırali, Qazaxıstan Respublikasının dövlət müşaviri Yerlan Karin, Qırğız Respublikasının dövlət katibi Suyinbek Kasmambetov, Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül, Monqolustanın 3-cü prezidenti Nambarın Enkbayar çıxış ediblər.

İki gün ərzində regional identikliyin ölçülməsi, yeni medianın inkişafı, süni intellekt texnologiyaları, Mərkəzi Asiyada yaradıcı sənayelərin gələcəyi, eləcə də informasiya təminatı üçün regional və qlobal əməkdaşlıq imkanları kimi məsələlər müzakirə olunur. Forum çərçivəsində G.Əfəndiyeva Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Dauren Abayev ilə görüşüb.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının maddi-mədəni dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq miqyasda təbliği istiqamətində fəaliyyətindən, müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdən söz açılıb. Fond tərəfindən təşkilatın qurucu üzv dövləti Qazaxıstanın mədəniyyətinin Avropada tanıdılması, qazax ədəbiyyatının görkəmli siması - şair, ictimai xadim, bəstəkar Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş poçt markalarının İspaniyada çap edilərək, dövriyyəyə buraxılması və həyata keçirilən digər layihələr yüksək qiymətləndirilib. Tərəflər Fond ilə Qazaxıstan arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi yönündə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadilələri aparıb.

 





22.12.2022    çap et  çap et