Ukrayna dövlətinin başçısı Volodimir Zelenski Vaşinqtondan Amerika liderinin Kiyevə göndərmək istəmədiyi müasir silahların tədarükünü istəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin Vaşinqtona səfərinin əsas məqsədi ABŞ-dan daha güclü silahlar əldə etmək olub.
Bunun əksinə, Amerika administrasiyası isə münaqişənin diplomatik yolla həlli ilə bağlı Zelenskinin mövqeyinin müzakirəsini gözləyirdi. “Diplomatiyanın necə olması, nə vaxt başlamalı və ya onun qırmızı xətləri necə olmalıdır - bu qərarları Ukrayna verməlidir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının bir neçə nümayəndəsi bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın ona köçürdüyü milyardlarla dollar maliyyə yardımını nəyə xərclədiyini araşdırmalıdır. Respublikaçı Stiv Skaliz qeyd edib ki, ABŞ-da Kiyevə göndərilən pulların başqa məqsədlərə gedəcəyi ilə bağlı qorxular var.
Havar Şəfiyeva
çap et