Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkəsi ilə Mərakeş arasında əlaqələrin bərpası baxımından heç bir vasitəçiliyin olmadığını bildirib.
525.az xəbər verir ki, Əlcəzair Prezidenti Abdülməcid Tebbun yerli media nümayəndələri ilə keçirdiyi dövri görüşdə gündəmlə bağlı açıqlamalar verib.
Bəzi hissələri Əlcəzair dövlət televiziyasında yayımlanan görüşdə Tebbun ölkəsinin Mərakeşlə pozulmuş əlaqələrin yenidən qurulması ilə bağlı vasitəçiliyin olmadığını bildirib. “Mərakeşlə pozulmuş əlaqələrin yenidən qurulması üçün heç bir vasitəçilik yoxdur. Əgər vasitəçilik olsaydı, bu məlumatı ilk eşidən Əlcəzair xalqı olardı”, - Əlcəzair Prezidenti deyib.
Malik Atilay
çap et