525.Az

Azərbaycan-Türkiyə birgə turizm marşrutu yaradılacaq


 

Azərbaycan-Türkiyə birgə turizm marşrutu yaradılacaq<b style="color:red"></b>

Azərbaycanla Türkiyə arasında birgə turizm marşrutunun yaradılması nəzərdə tutulub.

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib.

"İki ölkə arasında dağ-xizək turizmi, qastronomiya turizmi, qeyri-ənənəvi turizm məhsulları üzrə birgə əməkdaşlıq planlaşdırılır. Eyni zamanda hər iki tərəf arasında beynəlxalq təşkilatlarda təmsilçiliklə bağlı birgə əməkdaşlıq, müxtəlif turizm sərgiləri və tədbirlərində birgə əməkdaşlıq, turizm sənayesi nümayəndələri ilə birgə işin təşkili, təhsil sahəsində əməkdaşlıq imkanları və qarşlıqlı turist gəlişini artırmaq, əməkdaşlığı daha da möhkəmləndirmək üçün görülməli işlər müzakirə edilir",- deyə o qeyd edib.

 





23.12.2022    çap et  çap et