525.Az

Torpağın sahibləri qayıdıblar - Faiq Sadıqov yazır


 

Torpağın sahibləri qayıdıblar - <b style="color:red"> Faiq Sadıqov yazır</b>

Şuşamızın qarlı-sazaqlı günlərində Laçın-Şuşa-Xankəndi yolunda ekofəalların, QHT təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin torpaq təəssübü ilə keçirdikləri  aksiya mənə qeyri-ixtiyari olaraq 30 il əvvəl başımıza gələn müsibətləri yenidən xatırladır. Bu dəfə 30 il ərzində  çəkdiyim mənəvi və psixoloji sarsıntı ilə yox, tamamilə başqa əhval-ruhiyyə ilə-qürurla.

30 il torpaqlarımızı talayan, daşı-daş üstündə qoymayan ermənilər Vətən müharibəsində biabırcasına məğlub olmasına baxmayaraq yenə də Qarabağda talançılıq mərəzindən əl çəkməyəndə bilmirdilərmi ki, bir gün bu torpağın əsl sahibləri gələcək və Azərbaycan qanunları yaşamaq qaydalarını onlara başa salacaq?..

Laçın-Xankəndi yolundakı izdihamı izlədikcə 1991-ci ilin isti bir yay günü yadıma düşür. Müxbir kimi Laçına növbəti ezamiyyətə gedirdim. Xankəndinin girəcəyində erməni-rus silahlıları avtobusumuzun qarşısını kəsdilər. Axtarış apardılar. Aciz durumda silahlı yolkəsənlərin təkəbbürlü və özündən müştəbeh hərəkətlərini qəlb ağrıdan  təəssüflə izlədikcə fikirləşdim ki,İlahi, biz niyə bu aciz günə qaldıq ki, öz torpağımızda  gəzmək üçün  yadellilərin iznini almalıyıq?..

Maşınımızı Laçın istiqamətinə buraxmaq istəmədilər. Bir neçə saat orada girov kimi saxlandıqdan  sonra   yolumuza açdılar. Yalnız bir şərtə-bundan sonra bir daha bu yolla gedib-gəlməyəcəksiniz. Elə həmin gündən o yol azərbaycanlıların üzünə bağlandı. Düz 30 il o yola azərbaycanlı ayağı dəymədi.

Bu gün Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətlərinin Azərbaycanın halal haqqının tələbləri ilə keçirdikləri aksiyanın məkanı  mənə 30 ildir yaddaşımdan silinməyən daha bir epizodu xatırladır.

1992-ci ilin mayında Rusiya televiziyasının "Vesti" informasiya proqramında xüsusi müxbir V.Nazaryanın  Laçının "işğaldan azad olunmasına həsr olunmuş reportaj"ı yayımlanır. Haylar Laçının mərkəzində bayram edirlər. Erməni  müxbir  Xankəndinə hərəkət edən avtomobilləri, adamları göstərərək  belə deyir: "Nəhayət, bu koridorla Qarabağ Ermənistana qovuşdu. Necə deyərlər, yolunuz uğurlu olsun". O repotaj bax, bu gün torpaqlarımızın ekoloji terrora məruz qalmasına etiraz əlaməti olaraq ekofəallarımızın aksiya keçirdikləri məhz bu nöqtədən hazırlanmışdı.

Mübaliğəsiz deyirəm, düz 30 il idi ki, demək olar o iki mənzərə hər gün gözümün önündə canlanırdı. Düz 30 il idi o səhnələr  mənə sözlə ifadə olunması mümkün olmayan hisslər yaşadırdı-kədərli, ağrılı, nisgilli hisslər...

30 ilən sonra həmin bu yerdə səslənən  Azərbaycan himninin Şuşanın sərt qayalarında əks-səda verərək Xankəndinə qədər çatmasından sevinc və xoşbəxtlik duymaq necə də qürurludur, necə də xoşdur...

30 il yollarımızı kəsib, bir neçə gün  yolsuz qalmalarını bütün dünyaya azərbaycanlılar tərəfindən törədilən "genosid" kimi sırımaq kimi həyasız niyyətləri bu dəfə baş tutmur. Ermənistanın xarici işlər naziri A.Mirzəyan BMT-yə qədər gedib çıxır. Maraqlıdır, görəsən BMT rəsmiləri  onun "şikayətlərinə" nə cavab veriblər? Yəqin, ondan soruşublar ki, "hadisələr hansı ölkənin ərazisində baş verir? Əgər Azərbaycanın ərazisində baş verirsə ondan sənə nə?" Mirzəyan da suyu süzülə-süzülə qayıdıb xarabasına.

Quldurbaşı Araik tez özünü yetirib fransız bacılarının yanına və əli ətəyindən uzun geri dönüb.

Katalikos 1-ci Aramın dünyadakı dindaşlarına yalvarışı da bu qulaqdan alınıb, o biri qulağa verilib.

Deyəsən, dünya erməni sərsəmləmələrinə  inanmamağa başlayıb. Bunu hayların bəzi etiraflarından da başa düşmək olur. Erməni mənbələrinin yaydığı məlumata görə Ermənistandakı hakim "Vətəndaş müqaviləsi" fraksiyasının Laçın yolunda baş verən aksiyayla bağlı toplantısında deputatların "koridor nə vaxt açılacaq?- sualına  Paşinyan cavab verib ki, "müxtəlif ölkələrin parlamentarilərinə, beynəlxalq təşkilatlara müraciət edilib, ancaq onların heç biri yolun açılmasına zəmanət vermir".

Verməyəcəklər də! Çünki xəmiri şər, böhtan, riyakarlıq, satqınlıq, nankorluq, bədniyyət, ələbaxımlıqla yoğrulmuş bu millət (əgər belə demək mümkünsə)  hamını zinhara gətirib.

Rəsmi dairələrinin illərlə yürütdüyü faşist siyasət ermənilərin  özlərinin baş bəlasına çevrilib. Azərbaycan ekofəallarının hərəkatı erməni rəsmilərini mat vəziyyətinə salıb. Deputat Q.Melkonyanının "Ermənistanın Laçın dəhlizinə müdaxilə edə bilməz, bu bizim işimiz deyil", yaxud deputat O.Ağacanyanın "Qarabağ erməniləri Ermənistandan nə istəyirlər, biz nə edək?" demələrini Ermənistan dövlətinin acizliyinin rəsmi etirafı kimi başa düşmək olar.

İllər, əsrlər boyu türkün başına gətirdiyi müsibətlərə cavab olaraq 44 günlük müharibədə təpəsinə dəymiş Dəmir yumruğun təsirindən  ayılmamış haylar Laçın yolunda silahsız azərbaycanlılardan aldığı zərbədən komaya düşüb, sağalmaqlarına güman yoxdur!..

 





23.12.2022    çap et  çap et