525.Az
İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
30.06.2014
çap et