525.Az

İlham Əliyev Kanadanın general-qubernatorunu təbrik edib


 

İlham Əliyev Kanadanın general-qubernatorunu təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının təbrik məktubunda deyilir:
 
“Hörmətli cənab General-Qubernator, milli bayramınız – Kanada günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran iqtisadi əlaqələrin genişlənməsi yolunda səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
 





30.06.2014    çap et  çap et