525.Az

Avstraliyadakı "Apple" işçiləri tətilə başlayıb


 

Avstraliyadakı "Apple" işçiləri tətilə başlayıb<b style="color:red"></b>

ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkətinin Avstraliyadakı "AAPL.O" əməkdaşları iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə çıxıblar. Bu "Apple"ın Milad və Yeni il satışlarını azalda bilər.

525.az xəbər verir ki, Avstraliyanın Pərakəndə və Fast Food İşçiləri Həmkarlar İttifaqı (RAFFWU) bu ay dekabrın 23-də ölkədəki bütün "Apple" mağazalarında yerli vaxtla saat 15:00-da tətilə başlayacağını və tətili Milad ərəfəsinə qədər davam etdirəcəyini açıqlayıb. Avstraliyadakı tətil "Apple"ın Çindəki əsas "iPhone" fabrikində işçilərin həddindən artıq sərt koronavirus tədbirlərinə və fabrikdəki məhdudiyyətlərin zəif idarə olunmasına etiraz edərək istehsalı pozmaq riski ilə üzləşdikdən qısa müddət sonra baş verib.

Tətilə rəhbərlik edən RAFFWU şirkətin əməkdaşlarının səkkiz il əvvəl imzalanmış müqaviləyə görə, həftə sonu məzuniyyəti, ardıcıl istirahət günləri, sabit növbə siyahısı, sabit iş günləri, növbələr arasında 12 saatlıq fasilə və əlavə iş haqqı verilmədiyini iddia edir.

Məhəmməd Tağıyev

 





23.12.2022    çap et  çap et