525.Az

Həddindən artıq asılılıq strateji səhvdir - Meloni


 

Həddindən artıq asılılıq strateji səhvdir - <b style="color:red">Meloni</b>

İtaliyanın Baş naziri Giorgia Meloni həddən artıq asılılığın bəzi dəyər zəncirlərindən imtinanın suverenlik baxımından strateji səhv olduğunu və enerji baxımından Rusiyadan asılı olduqlarını anladıqlarını bildirib.

525.az xəbər verir ki, Meloni İtaliya Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Romada keçirilən 15-ci Səfirlər Konfransının bağlanışında çıxış edib. Meloni: "Həddən artıq asılılıq bəzi dəyər zəncirlərindən imtina etməyin suverenlik baxımdan strateji səhv olduğunu, enerjidə Rusiyaya asılılığımızda anladıq. Başa düşürük ki, biz təhlükəsizlik baxımından da ABŞ-dan həddən artıq asılıyıq. Təbii ki, Rusiyadan asılılıqdan çıxarkən Çindən asılılığı təşviq etməyin düzgün olmadığını dərk edirik", - deyib.

Qeyd edək ki, Meloni hərbi xərclərin milli maraqları qorumaq üçün zəruri olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





23.12.2022    çap et  çap et