525.Az

Vahid Əzizin şeirləri


 

Vahid Əzizin <b style="color:red">şeirləri</b>

Daha bir diləyə üzüm gəlmədi...


...
daha bir diləyə üzüm gəlmədi;

sordu: “İstəyin ?”, dedim: “Varlığın!”,

hər kəs öz işini görə bilərdi

nəyi pisimiş ki, “Çoxallahlığın?”.

Mənim dualarım nəzirlər kimi,

çox yerə paylansa pis olardı ki?

bütlər olardı nazirlər kimi

arxasız, dayaqsız kim qalardı ki?

Daha bir diləyə ürək etmədim,

buludlar aranı tuturdu hərdən,

həm çoxusuna hələ yetmədim;

dil tapa bilmirəm mələkləriynən.

Nəyi pisimiş kiÇoxallahlığın?”

qulaq çox olardı insan ahına!

hər kəsin, hər işin, hər dolaşığın

dərdi deyilərdi öz Allahına.

Olsun ki, üstümə hücum çəkəcək,

kafirbağıracaq din adamları,

Amma ki, Tanrımız əfv eləyəcək

Tanıyır imanın yandıranları!

İmkan tapacaqmı bir qulaq asa

Qapısın döydüyüm qudurğan, harın,

Bu qədərAllahlıq edənvardısa

Nəyi pisimiş ki, “Çoxallahlığın...”!

22.04.2014

09:50


Çiçəyə
məktub...


...
arabir özümə gəlir heyifim,               

ömür keçib-gedir sərgərdan, səfil,

düzünü axtarsan, çiçəyim, kefim

pis deyil, sən deyən yaxşı da deyil.

Töyşüyə-töyşüyə çəkib yükümü

özüm öz içimdə qurtdalanıram,

dostluğa inanan çobanlar kimi

quzunun xəbərin qurddan alıram.

Əslində indi arzularım var;

amma keçmişlərin odunu vermir,

təqaüd, yardımlar, xırda-xuruşlar

gözəl qonorarın dadını vermir.

Əslində indi yazıram hərdən,

misra varsabaha biletim olur,

nədən söz açsam da, məhəbbətimnən

yazılan çox zamanşah beytimolur.

Get-gedə daralır kitabın yeri,

səsini çıxardan dərsdən qovulur,

Füzuli demişkən, haqqın şairi

sevib-aldanandayalançı olur”.

Kimimiz narazı, kimimiz incik,

sevgidə vurulan qalxıb-dikəlmir,

mən bilən burdakı ayrıseçkilik

daha Göydəkinin xoşuna gəlmir.

Özüm öz içimdə qurtdalanıram,

çalışıb-vuruşur qəhrəman qələm,

çomağı əlimdən yerə qoymuram;

baxma, o qədər əfəl deyiləm...

18.06.2014

02:30


Yuxumu
alanın yuxusu daşdı...


Ona
bax, necə daş kimi yatıb!

yuxumu alanın yuxusu daşdı,

kəkliklər didəndə bayatı dadıb

yalçın qayaların qoxusu daşdı.

Sürməligözünü yaşdan qorusun,

zülfün günəbaxan quşdan qorusun,

başlılar başını daşdan qorusun;

başıdaşlıların qorxusu daşdı!

Əhsən, ocaq daşı! – əyri , düz

cumubqurşağadək oturdu közdə,

gül atan olar, çiçək , söz ;

mənə atılanın çoxusu daşdı!

Daşın da bəxtində o taybu tay var,

duydunmu sınındadaşda haray var!

Kəhraba sarayvar, “Altun sarayvar

amma hamısının yaxası daşdı.

Tez ol, tikilməyə başdan, evimiz,

dayan yüz illərləyaşdan evimiz!

Şuşada uçsa da daşdan evimiz,

qalxacaq, bünövrə soyxası daşdı!

Daş-qaşın özü daşdan törənər,

həyatı öyrənəndaşdan öyrənər,

ömür, Vahid ƏZİZ, daşa dirənər;

çünki, torpağın da arxası daşdı...

16.06.2014

07:05


Özümü
tapa bilmirəm...


...
atları çapın dördnala,

qaçmışamçatıb gətirin,

qoymayın səhərə qala,

axşamnan tapıb gətirin,

Ayrılıq bir gedər-gəlməz,

hələm-hələm gedəngəlməz!

Yamanla dünya düzəlməz,

yaxşımnan tutub gətirin.

Yaramadım bu ürəkdən!

fərqim var kəpənəkdən?

İşığımı ya şimşəkdən,

ya şamnan tutub gətirin.

Köynəyi yıprandı sazın,

yolu qapandı Arazın,

yaxşı dostlar dağılmasın

başımnan-tutub gətirin!

Laylan hanı, gözəl anam,

doğdun ki, bu cür talanam!?

O zamannan bədgümanam

Qonşumnantutub gətirin!

dövran məni niyə sıxır?

insaf etsin, Allah baxır!

dərd o qədər; adım çıxır           

huşumnantutub gətirin,

Uçursan, çata bilmirəm,

yuxum ol, yata bilmirəm,

özümü tapa bilmirəm;

yaxamnan tutub gətirin...

07.05.2014

06:40

Mən...


Dedilər
: “Yazıqsan, oda düşərsən!”,

səsimi ucaltdım söz vaxtımda mən,

yurda göz yetirib, vaxtı düşünsən

dünyanın xoşbaxtı, bədbaxtı da mən.

Tutulub Cənnətin xan buğdasıynan

Adəm eşq yaşadı qabırğasıynan,

millət oynadıqca Əlifbasıynan

yadlaşdım öz doğma paytaxtımda mən.

hər kəs bu cahana bir cür variddi,

bir ağrım ağlatdı, biri kiritdi,

tüstüm kor elədi, istim əritdi

küllüyə atıldım köz vaxtımda mən.

Dadıb bağ-bağçanın kal meyvəsini

Atardı başına nənəm səsini;

Hələ qanmıram fəlsəfəsini,

Deyərdi: “Dul qaldım qız vaxtımda mən”.

Yerinə üçün yetmir gileyim,

O qədər müşkülmü ərz elədiyim?!

Bilərdim qədrini öyüd verənin,

İndi yaşasaydım yaz vaxtımda mən.

Arzum, Vahid ƏZİZ, çatsın hər kəsə;

Adımı ucaltdın heykəldəndisə,

Bir ki, Əzrayıl dalımca gəlsə

Xəcalət çəkməyim az vaxtımda mən...

06.06.2014

17:45

İstəmədim...


Könlütox
gəzərəm əyin-başımnan;

astarbəsim oldu, “üzistəmədim.

qorxdum ki, doğmalar bezər yaşımnan

TanrıdanYüz əlli”, “Yüzistəmədim.

Arzum ürəyimdə, həyam üzümdə.

yara qaysağıdır külümgözümdə,

olsun ki, əyridir iki gözüm ;

özgə cür görməyə göz istəmədim.

Yaman dadlı imiş həyat nədisə!

hər gün bir möcüzə, hər an hadisə,

əzablar önündə bükülmədisə

zirvəyə qalxmağa diz istəmədim.

Pisimə güc gəldi düşmən alayı,

misimi çürütdü özgə qalayı,

dünyadanbeş arşın bezdənsavayı

heç nəyi, şahidsiz sizistəmədim!

Alsın Vətən mənnən alacaqsa

olacaqsanacam olacaqsa,

mənnən, Vahid ƏZİZ, qalacaqsa

bəsimdi, qondarma iz istəmədim...

16.06.2014

00:05


Bahar
gələndə...


...
qorxurdum cəsarəti yetməyə sözün;

lalələr alovtək yamacı oyub,

dağlar elə bil ki, dartılan gözün

qapağı üstünə qırmızı qoyub.

güllər sıralanıb tutur yerini,

ürəklər isidir gələn soraqlar,

ara qarışanda itirdiyini

hər kəsin özünə qaytarır bahar,

oyadıb yaşadar arzuları da,

hardansa güc alar itən ümidlər,

bahara sevinən baş daşları da

Günəşə boylanıb dua etdilər.

qarının sonuncu nəvəsi mənəm

ağlı kəsməyəni məndən soruşar,

payız yuxusunapuçdeyən nənəm

baharda axarlı suynan danışar,

həyata boylanıb eşq həvəsində

arzular selində aşıb-daşaram,

yaşım çoxalsa da, bahar gələndə

ömrün payızınnan uzaqlaşaram...

02.04.2014

02:25


Zarafatyana


Etmərəm
bilsəm ki, xətrinə dəyər,

lətifə danışımget zarafatnan,

həddini keçəndə dostluğu əyər,

aram sərin olub şit zarafatnan.

Qulağı hər səsə itin şeşədi,

tulada buyrulmaq qan vərdişidi,

zarafat eləmək quyruq işidi

gördünmü hürəndə it zarafatnan?

İsmətli zarafat bakirə qızdı,

ağzına sahib ol beyin ki, qızdı!

Diploma var ki, yağlı kağızdı;

alim olunar küt zarafatnan!

hərdən bilməmişəm kim olub döyən,

üstümə qıcanıb haqqımı yeyən,

o qədər müştəbeh, özünnən deyən

axırda qovulub lüt zarafatnan.

Səndən gör nələri yayıbdı elə,

yadı yaxın qoyma evə bir belə!

namərdin etdiyi günahı belə

bacarsan üstünnən et zarafatnan.

Odumu söndürsən, qor et Sən məni,

zirvəmnən endirsən qar et Sən məni,

Tanrım, zamansa kar etsən məni,

sağır da eləsən et zarafatnan!

haçansa bu gidi, bu canıyanmış

deyəcək: “Bir Vahid ƏZİZ varmış!”

Lap qoca dünyadan məzəynən yapış.

oğulsan torpaqda yat zarafatnan...

05.06.2014

11:05


Vallah
, Vahid ƏZİZ çətin işimiş...


Neynim
ki, dövranın gələm xoşuna,

ya da ki, biryolluq yan durub, gedəm?

hərdən əl atıram haqqın daşına,

vurub bu dünyanı sındırıb gedəm.

Suallar əl çəkmir, əhli-halam ki,

neynim – “kim çaldı?” qaravulam ki?

gərək ucalmaqçün arsız olam ki,

hər düşük havaya sındırıb gedəm?!

Küt elə kütdürsə, dahakütlə?

Yaxşı qorunacaq pis kilidlə ?!

Qəlbim yol vermədi eşqin qətlinə,

gülüm, imanımı yandırıb gedəm!

Vaxtdanyoxumqaldı, aldıvarımı”,

bu, qanlar baisi qəsdən sarımı?!

Dünyadan köçəndə öz mağarımı

gərək dünya boyda gen qurub gedəm!

Kaş ki; çin olaydı yozmuşamsa,

mən düşəm özgəyə qazmışamsa,

hərdən istəyirəm yazmışamsa

yandırıb külünü sovurub gedəm!

Tanrım, neynəyim ki, arzular gülə,

kim qıydı başıma dünya dar gələ?

Yanına yol gedən bir qatar gələ

kimsəyə demədən oturub gedəm.

Cəllad başım boyda qızıl istəmiş,

zəkam kasad oldu, elədim gümüş!

Vallah, Vahid ƏZİZ, çətin işimiş

şərdən-şəbətədən qorunub gedəm...

05.06.2014

08:20

Yaşıdlarım...


...
xanım deyiləm ki, yaşı gizləyəm:

çiçəklə yaşıdam, yarpaqla yaşıd,

gülməyin, desəm ki, – “bayquş kimiyəm” –

bu dağla yaşıdam, o dağla yaşıd,

şagirdlər içində çəkilər adım,

Dədəmiz Qorqudla bir addımladım,

yol çəkir, körpülər salır övladım

olsam da körpəcə uşaqla yaşıd,

qopub sarayımın xeyli kərpici,

başımda qoz qırıb vaxtın çəkici,

qaçqın əmlakıyam, didərgin köçü,

ocaqla yaşıdam, çıraqla yaşıd,

qərq olub əsrlər aparan gəmi,

dünya tarixinə saldım xəttimi,

xırdalar ucaltdım dikdaban kimi,

kotanla yaşıdam, çarıqla yaşıd,

atmışaməllərim Günəşə çatıb,

ayağım altında zirvələr yatıb,

düşmənlər saldıqca millət ucaldıb

Vətənlə yaşıdam, bayraqla yaşıd,

birCəngiçalınsın, olaq səfərbər,

cahillər vaxtını keçirər hədər,

dünyadan köçəndə yaşım bilinər

qarışıb olaram torpaqla yaşıd...


08.05.2014

06:20


İnanmıram


(
içimdəki nəğmələrdən)

Yazırsan ki: “Dərdimnən ölürsən” –

inanmıram,

təzə şəkillərində hönkürüb gözlərini

silirsəninanmıram,

Axıdıb sellərini, tökürsən dillərini,

hey ... üzünə-dizinə çırpırsan əllərini,

yadıma salıb hər an acı əməllərini,

bilirsəninanmıram,

İnandım hər sözünə, alışdım hər közünə,

verdiyin əzabların dözmüşəm hər üzünə,

duysam da dəli olub sənin özün-özünə

gülürsəninanmıram,

Axşamlar erkən düşür, isti mənnən gen düşür,

həyətdən səsin gəlir, eyvana kölgən düşür,

bezib yalanlarınnan həsrət məni üşüdür,

gəlirsəninanmıram...


03.04.2014

21:15


Qəbrimi
örtəndə üstü düz olsun...


Çiçəyim
, sən məni haçansa atsan,

gör, canım zarıncı neçə il yatar?!

Ən çılğın kamanın telini tutsan

barmaqlar altında bəmə zil yatar,

Ağlatsan haçansaağlat ürəksiz,

sənsiz bir sarayam damsız, dirəksiz,

görsən söndürüblər sanma gərəksiz

bu dəli ocaqda odlu kül yatar.

Borc nəymiş! – ilk dəfə kim aldı kimnən?

Kimlərin nələri getdi əlinnən?

Zindan da özünü unudar hərdən

içində gah bayquş, gah bülbül yatar,

Fərq etməzyaş yarı, ya da yüz olsun,

torpaqlıq olmaqçün gərək uz olsun,

qəbrimi örtəndə üstü düz olsun

elə bilərlər ki, bir qozbel yatar,

Havası belə ki, dərd kimi yıxmaz?!

taleyi gətirən haraya çıxmaz?!

Namərd badalağı mərd kimi yıxmaz

üz-üzə aşanda yerə bel yatar.

Bəm-bəyaz ipəkmiş yazın köynəyi,

təlaşlı bir öpüş nazın köynəyi,

baxtavar başına, sazın köynəyi-

köksündə bilməzsən neçə tel yatar.

Baxma qocalmışam, ruhum dənizdir,

mənə dalğa-dalğa sahili gəzdir,

sənə möhtac olan Vahid ƏZİZdir

içində sərgərdan bir səfil yatar...


28.102013

08:20


Gərəyi
oldum ki...


Məqsədi
nəyimişanladım indi,

üçün becərib, bitirib məni,

bu dünya heç mənə gərək deyildi;

gərəyi oldum ki, gətirib məni.

Oynadıb; hər dəfə bir hava çalıb,

gah dostu olmuşam, gah dava salıb,

inciyibtufana-alova salıb,

əfv edib çiyninə götürüb məni.

Köhnəydiyaratdı duyub dəyişəm,

zirvələr dolaşam, köksünü eşəm,

nərdivan bəxş edib; qalxıb-enmişəm,

hərdən ulduzlara yetirib məni.

Bir səmum yeli var, adı – “Əcəldi”,

gülüb qaş-göz edir: “zamanı gəldi”,

dünyaya sayımız artıqmı gəldi,

yoxsa ki, özümə çox görüb məni.

Bilirəm, alacaq verdiyi canı,

həyattale dərsi, bəxt imtahanı,

vüsal sarayıyam, hicran zindanı;

dünya özü bilmir hörüb məni...


12.04.2014

11:30


Yada
düşür...


Yaz
gəlir, lalələrin

istisi yada düşür.

Dəlidağ güllərinin

bəstəsi yada düşür.

Haqq deyə öz sözünü,

tökə düşmən gözünü,

çatın palıd közünü

tüstüsü yada düşür.

Yolda yağış saxlayır,

can yanır, baş ağrıyır,

böyrəklər daş bağlayır

İstisuyada düşür.

Məni ora qaytarın,

şeh düşsün narın-narın,

durna telli qızların

dəstəsi yada düşür.

Çağırın tez oyanım,

doğan Günə boylanım,

öyüd verən babamın

hər sözü yada düşür.

Eh... gözəl cavanlığım,

eşq odunda yandığım!

Dərədən boylandığım

Göyüzü yada düşür...


11.05.2014

21:50


Gülü
hanı o yerlərin...


Gülü
hanı o yerlərin,

hansı torda yaz qarıdı?

Davaya gedən ərlərin

yaşıdlarıqız qarıdı”.

Özgəyə boyun əymədi –;

düyməyar açan düymədi,

dizim daşına dəymədi,

bulaqda yarpız qarıdı.

Əlim gözlərini silib,

qəlbim dərdlərini bilib,

neçəsi şəkilnən ölüb,

neçəsi yalqız qarıdı!

Daşan yağdı, yanan baldı;

sevən könül kardı, laldı,

cavan gedən cavan qaldı,

yazdığı kağız qarıdı.

Baş daşında dilək gördüm,

havalanmış külək gördüm,

məzarlıqda mələk gördüm,

dedilər: “Şəhid yarıdı”.

Qızlar sevmək həvəsində,

məktəb gözəl töhfəsində,

şəkliŞəhid lövhəsində”;

oğlanlar şagird qarıdı...


22.03.2012

02:05


Kimnən
soruşum...


Ya
dağılıb, ya da itib

Yerini kimnən soruşum?

Bu yol salan niyə edib

Əyrinikimnən soruşum?

Bu dünya bir qərəvəlli

aşırıbdı çox heykəli,

ölənlərin yeri bəlli,

dirini kimnən soruşum?

Bu həyət niyə dadsızdı?

Alim niyə savadsızdı?

Bir sualım cavabsızdı,

birini kimnən soruşum?

Yarımcan oldu Qarabağ,

vaxt verdiyi Qərara bax!

O, Savalan, buDəlidağ...

sirrini kimnən soruşum?!

həsrət çəkib hönkürürəm,

cığırlardan yol hörürəm,

dayazı özüm görürəm,

dərini kimnən soruşum?

Üfüqlərdə od qalandı,

qaranlığa nur calandı,

xırda sorğum cavablandı:

irini kimnən soruşum...


07.05.2014

07:10


Qadın
çantasına bənzəyir Bakı...


...
hər yerinnən duranşairəmdeyir,

İnsanın üzündə həya gərəkdir!

M.Müşfiq

İşıqlar səsləyir yolnan gedəni,

qaranlıq baxmağa Aya saxladır,

qışda İlham pərim dindirmir məni,

qəlbində olanı yaya saxladır.

Pərim soyuqdan bezardı bəlkə,

mənimkimövsümü azardıbəlkə?

Dünyanın yarısı yazardı bəlkə

yaxşı ki, çoxunu həya saxladır!

Yer üzü o vaxtdan azarlı imiş,

sevinclər biçarə, dərdvarlı imiş!

Amma oğrular da abırlı imiş;

bilirmişçəpəri paya saxladır.

Zəkalar yenilməz zəfərlər çalır,

məğrur çiyinlərdə Vətən ucalır,

aqillər puluynan şəhərlər salır,

axmaqlarşabaşlıq toya saxladır.

Didərgin köçləri düşüb yollara,

batar xəyanətdən pozulan sıra,

nəsillər kimləri yazacaq ora

Qızıl dəftərinisaya saxladır.

Pərvanə ömrüdür işıqlarınkı,

indiyə var ki, dərd sabahınkı!

Qadın çantasına bənzəyir Bakı

içində hər cürə boya saxladır...


01.06.2014

02:40

 





30.06.2014    çap et  çap et