525.Az

Çin XİN: ABŞ ilə münasibətlər münaqişə ilə nəticələnə bilər


 

Çin XİN: ABŞ ilə münasibətlər münaqişə ilə nəticələnə bilər<b style="color:red"></b>

Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın Çini mühasirəyə alma cəhdi zamanı dialoq qurmağa çalışmağın mənasız olduğunu bildirərək belə bir münasibətin qaçınılmaz olaraq münaqişə ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi ABŞ-lı həmkarı Antoni Blinkenlə telefon danışığında son vaxtlar münasibətlərdə yaranmış gərginliklə bağlı fikirlərini bildirib. Vaşinqtonun Çini cilovlamaq siyasəti yürüdərkən dialoqa can atmasının mənasız olduğunu söyləyən Vanq: "ABŞ əməkdaşlıq haqqında danışarkən arxamızca addım atmamalıdır", - deyib.

O, rəqabətin yalnız sürtünmə və baş-başa toqquşma ilə nəticələnəcəyini diqqətə çatdıraraq: "Bu münasibət ağlabatan rəqabətə deyil, irrasional zülmə gətirib çıxarır. Fərqlilikləri idarə etməkdənsə, münaqişəni artırır. Keçmişdə Çinə qarşı uğurlu olmayıb, gələcəkdə də olmayacaq", - ifadələrini işlədib.

Məhəmməd Tağıyev

 





24.12.2022    çap et  çap et