525.Az

Rusiyada qocalar evində yanğın: 20 nəfər ölüb


 

Rusiyada qocalar evində yanğın: 20 nəfər ölüb<b style="color:red"></b>

Rusiyanın Sibir vilayətinin Kemerovo şəhərində özəl qocalar evində yanğın baş verib. 

525.az xəbər verir ki, yanğın zamanı 20 nəfər həlak olub. Ekipajlar yanğını nəzarət altına alıb. 

Rusiyanın TASS xəbər agentliyinin Fövqəladə Hallar Nazirliyinin rəsmilərinə istinadən verdiyi xəbərə görə, Kemerovoda iki mərtəbəli binada yerləşən özəl qocalar evində naməlum səbəbdən yanğın baş verib. İlkin məlumata görə, yanğın zamanı 20 nəfər ölüb. Yanğın yerində araşdırmalar davam edir.

Qeyd edək ki, yanğın nəticəsində tamamilə dağılan binanın ikinci mərtəbəsindəki qocalar evinin qanunsuz olduğu bildirilib.

Malik Atilay

 





24.12.2022    çap et  çap et