525.Az

Hökumət hər şeyi etməz! - M.Ə. Rəsulzadə


 

Hökumət hər şeyi etməz! - <b style="color:red">M.Ə. Rəsulzadə</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri V  cild  (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi                     Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

(Əvvəli ötən şənbə sayımızda) 

İstiqlal

İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyəsinə istiqlal deyilir.

Hürriyyəti-şəxsiyyə qədər müqəddəs isə, şəxslərin məcmui olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir.

Demokratik firqə proqramlarının hamısında hürriyyəti-şəxsiyyə əsas olduğu kibi, millətlərin istiqlalı da əsldir.

Böyük Dünya müharibəsi Böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişligi ilə meydana atdı.

Müharibə bitmək üzrə ikən millətlərin azadlığı iləCəmiyyəti-Əqvamfikri günümüzün ən məşhur ən məqbul şüarını təşkil elədi.

Böyük Fransa inqilabı hürriyyəti-şəxsiyyəyi başqa bir təbirlə, bəşərin hüququnu elan eləmişdi.

Dünya inqilabından başqa bir şey olmayan aləmşümul müharibə dəxi istiqlalı, başqa bir sözlə millətin hüququnu elan elədi.

Bu həqqi qazanmaq, bu hüquqdan hissəyab olmaq üçün Azərbaycan dəxi elani-istehqaq eləmişdir.

Azərbaycan istiqlalı!

İştə bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfilə iftixar eylər!

Ah Azərbaycan! Biz sənin həqqini tələb etmək degil, yalnız adını söyləmək üçün qədər müarizlərə rast gəldik, töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq, soldan-sağdan hər növ hücuma məruz qalıyorduq.

Biz Azərbaycanın topraqlarını qızdıran atəşi-müqəddəsi kökslərimizdə bəsləmək istiyorduq. Bizə Moskvada yanacaqməşəlinişan veriyorlardı. Biz aləmi-mədəniyyətə kəndi dilimizin, kəndi mədəniyyətimizin ruh rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyirdik: Bizə Ərəbistanı göstəriyorlardı.

Biz muxtariyyət diliyorduq, bizə xərabəzar vəd ediyorlardı.

Bizimlə onların arasında az zaman içində çox mübahisə, münaqişə mübarizələr oldu. İki əvvəlincilər mülzəm, üçüncülər məğlub oldular.

Vəqt vardıMüsavatazərbaycançılığı üçün xəlq düşməni, türkçiligi üçün nəuzübillah islam kafiri ədd olunuyordu.

Fəqət imdi onu başqalarından təfriq edən şüar bu degildir. Çünki Azərbaycanın istiqlalı yalnız Müsavatın degil, sosialistlərimizin , islamçılarımızın dagöz bəbəgikibi saxlamağa əhd etdikləri ülvi bir məqsuddur. Bu məqsudi tərsim edən üç boyalı Azərbaycan bayrağını yüksək tutmaya artıq bütün azərbaycanlılar əhd etmişlərdir.

Azərbaycan fikri yalnız son günlərə qədər onu inkar edə gələn digər türk olmayan partiyalar tərəfindən qəbul edilməkdədir.

Bir sosial-demokrat qəzetəsi Azərbaycan istiqlalını xarici nüfuz hülulə qarşı azərbaycanlılardan daha ziyadə bir şiddətlə müdafiə edəcəgindən bəhs eləmişdi. Bu vəqtə qədər etina edilmək istənilməyən parlamana şimdi istidalarla girmək istiyorlar.

İngilislərin paytaxtımıza vürudi əndişələrlə tələqqi edilmişdi. Bu gün isə istiqlalımıza müəyyən müzahir olacaqlarını rəsmi lisanlardan ögrəndik.

Əvvəlcə firqəmizə məxsus olan bir fikir, bu gün millətin şərik olduğu bir məqsəddir.

Bizim mənəvi zəfərimiz ruhani qələbəmizdir. Bu qələbəyə biz bilnisbə az bir zaman içərisində gəldik. Fəqət bu az zaman içərisində çox böhranlar keçirdik, zaman oldu ki, tamamilə məhrum oluyorduq. Vəqt oldu firqə tamamilə yalnız qaldı. Fəqət çox çəkmədi firqəyi yalnız buraxanlar qəbahət işlədiklərini anladılar.

Azərbaycan məfkurəsini firqə türk demokratiyasının idraklı qisminə istinad edərək irəlilətmişdi, bu düşmənlərimizin dedigi kibi xan, bəy ağa fikri degil, türk demokratiyasının böyük idealı idi!

Bakı, Azərbaycan atəşgədəsinin ocağı olduğu kibi Azərbaycan fikrinin mənbəyi idi.

Bolşeviklərlə daşnaqlar bu ocağı söndürmək, bu mənbəyi qurutmaq istədilər, mart hadisəsi meydana gəldi.

Fəqət Azərbaycanın atəşi kibi fikri söndürüləməz idi.

Çünki:

Xuni-ərbabi-həmiyyət

qərq edər zalimləri,

Məşəli-əfkari-əhraranə

sönməz xunilə!

İştə bu qanlarla söndürüləməyən bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdigimiz Azərbaycan istiqlalını müdafiə üçünİstiqlalnəşrə başlayır.

İstiqlalfirqənin əvvəlcə nəşr etmiş olduğu mətbuatın getdigi yolu təqib edərək hökumətimizi xəlqin ehtiyacını anlamaya, xəlqimizi hökumətin müşkülatını dərk etməyə çağırmaqla istiqlalımızın beynəlmiləl bir təsdiqə müvəffəq olmasını hazırlayacaqdır.

Bu xüsusda tutacağımız yol isə bittəbii Türk Ədəmi-MərkəziyyətMüsavatyoludur ki, lisani-Tofiqdə:

Millət yoludur, həqq yoludur

tutduğumuz yol,

Ey həqq yaşa, ey sevgili

millət yaşa, var ol!”

deyə tərif edilmişdir.

 M.Ə.Rəsulzadə

İstiqlalqəzeti, 4 şubat (fevral) 1919, №1

           

MüsavatAzərbaycan Məclisi-Məbusanında

        

Hökumətə xitabən vermiş olduğu sorğular çaharşənbə qanuni-saninin 7-ci iclasında Türk Ədəmi-Mərkəziyyət firqəsiMüsavatfraksiyası tərəfindən      Fəhlə məsələsi həqqində məsai naziri həzrətlərinə xitabən böylə bir sorğu vermişdir.

Məsai naziri yəqin biliyorlar ki, Bakı əmələlərinin halı olduqca müşkül bir vəziyyətdədirlər ki, əvvəlcə Sovet syezdtərəfindən təsis olunmuş xəstəxanələr imdi xarab bir haldadırlar. Əmələlər dava-dərman tapa bilmiyorlar. Əmələ mənzilləri hifzüssihhə nöqteyi-nəzərindən fəna bir haldadır. Zavod komissiyaları ilqa edilmiş, bu üzdən ərzaq paylamaq sair bu kibi xüsuslarda fəhlələr bir çox təhsilatdan məhrum qalmışlardır. “Kollektivni doqovoryoxluğu üzündən əmələnin məvacibini azaltmışlar, verilən gündəlik maaş zəmanəmizdəki bahalığa nisbətlə məsarifin yarısını belə ödəmiyor. Bundan əlavə ümumi işsizlik üzündən fəhlələr ac qalılyor, tədricən ölüyor, min cürə xəstəliklərə düçar oluyorlar. Əmələnin maddətən halı böylə pərişan ikən, mənəvi halı da qaranlıqdır. Gecə kursları, məktəblər, xəlq yurdları yoxdur. Əmələ mühiti qaranlıq bir aləm təşkil ediyor. Bu zülmətdən istiqlalımıza, hürriyyətimizə düşmən olanlar istifadə ediyorlar.

Əcəba, məsai nəzarəti əmələnin maddi mənəvi ehtiyacını rəf eləmək, eyni zamanda da maaşını yoluna qoymaq məsainin mənafeini qanunən mühafizə eləmək üçün kibi planlar tədbirlər düşünməkdədir?

Müsavatşöbəsinin rəisi:

Məhəmməd Əmin Rəsulzadə

İstiqlalqəzeti, 4 şubat (fevral) 1919, №1

                 

Hökumət hər şeyi etməz!

        

Azərbaycan hökuməti təsisi ilə məəttəəssüf bizdə bir zehniyyətin təsis elədigi müşahidə olunuyor.

Hər şeyi hökumətdən gözləmək, hökumət əlilə gördürmək.

Cümhuriyyət məşrutiyyətlərlə idarə olunan hökumətlərdə əsl idarə edən xəlq özüdür. Xəlqi mütəşəbbüs olan millətlər, xəlqi cəmaət işi ilə məşğul müxtəlif cəmiyyətlərə ayrılaraq əsəri-fəaliyyət göstərən cəmiyyətlərdir ki, hakimiyyəti-milliyyəyi təsis edə bilərlər.

Hər şeyi hökumətdən gözləyib duran bir cəmaət, nəhayəti hökumətindən məyus olur. Çünki heç bir zaman hökumət, cür hökumət olursa-olsun, cəmiyyətin güna-gün ehtiyaclarını rəf edə bilmək, hər şeyə vəqtində zamanında yetişmək imkanında olamaz.

Bu hal bilxassə yeni təşəkkül etməkdə olan inqilab məşiyyəsindən doğan yeni hökumətlərdə iki-üç qat bir əhəmiyyət alır.

Türkiyə kibi böyük möhtəşəm bir tarixə malik olan qədim bir dövlətdə belə hər şeyi hökumətdən gözləmək zehniyyəti məmləkəti kibi müşkül hallara saldı. Bizim kibi hər şeyi yenidən, yoxdan var etmək məcburiyyətində bulunan bir hökuməti bu zehniyyət kibi xarab bir hala qoya bilər, bir kərə düşünülsün.

Şübhəsiz ki, hökumət məmləkətdəki hərəkati-ictimaiyyə təşkilati-idarənin nazimi, naziri ruhu olmalıdır. Onun nəşr elədigi müvafiq qanunları, qoyduğu tədbirli nizamları, təşkil elədigi ədalətli idarələri ilə dövlət makinasını yoluna qoymalıdır.

Fəqət bu kafimidir?

Dövlətə məmurlar lazımdır. Bu əski məmur kadrolarına malik bir hökumət degildir. Yeni adamlar bulmalı, namuslarına güvənməli, onları birər xidmətə təyin etməlidir. Bu yeni məmurları hökumət nərədən alacaq. Bunun üçün kimə müraciət eləyəcək, bu bir məsələdir.

Bu məsələnin həlli üçün mövcud olan firqələr az da olsa müavinət edə bilərlər. Hökumət məmuriyyətini ifa edə biləcək əzalarını yaxud əzaları olmasa da etimad edə bildikləri əşxasın bir siyahısını tutar, bu siyahıyı nəzarətlərə verə bilərlər.

Bundan daha faidəli olaraq əhli-ürfan öz arasından bir cəmiyyət təşkil edə bilər. Tamamilə bitərəf bir cəmiyyət, zəhmətkeş ürəfa cəmiyyəti. Bu cəmiyyət hər yanda, hanki bir dövlət xidmətinə istedadı olan mütəxəssisləri, mütəfənninləri ələlümum zəhmətkeş ürəfayı toplar, onları qeyd edər hökumət idarələrinə məmur verməklə milli işə müavinət edə bilər.

Hökumətimiz olmadan əvvəl füqəramıza, qaçqınlarımıza, fəlakətzədələrimizə müavinət edən cəmiyyətlərimiz, nəşri-maariflə məşğul olan ürfan müəssisələrimiz var idi. Hökumət təşkil etdigimizdən sonra bu xüsusdakı ehtiyaclarımız azaldı degil, artdı. Halbuki bu cəmiyyətlərdən, bunların fəaliyyətindən bir əsər yox. Görünüyor ki, hər kəs artıq ümuri-xeyriyyə səhiyyə nəzarəti var, maarif nəzarəti təsis edilmişdirdeyə cəmiyyətə bir vəzifə qalmadığını düşünüyor. Fəqət həqiqət hal böyləmidir?

Əskidən kooperativlər, köy cəmiyyətləri vardı. Bu cəmiyyətlərdə cəmaətin etimadını qazanmış adamlar çalışıyordu. Bu vasitə ilə xəlqə ucuz ərzaq paylamaq imkanı hasil oluyordu. İmdi ərzaq nəzarəti var. Fəqət əhaliyə lazım gələn ərzağı paylayacaq aparatlar yox. İş bəzi şəxslərin, kəndi məsuliyyəti üzərinə hərəkət edən fərdlərin öhdəsinə buraxılmışdır. Buna görə bir çox suyi-istemallara meydan verilmişdir.

Hökumətimiz məcburi əskərlik elan eləmişdir. Əskər toplamaq öylə asan işlərdən degildir. Başqa sənaye texnikaca iləriləmiş olan millətlərdən əskərliyə alınan nəfərlərin içində hər sənət ərbabı oluyor. Komandanlıq sənət sahibi olan nəfərləri bir tərəfə ayırıb onları əskərə lazım olan işlərdə işlədiyor. Məsələn, dərzilər tikiş işini, dülgərlər (kazarma) qışla yapısını, dəmirçilər dəmir işini, sairlər kəndi xüsusiyyətlərinə aid olan cəhətləri ifa ediyorlar. Bu surətlə ordu kəndisinə lazım olan işlərin heç olmasa bir qismini öz ustaları vasitəsilə görmüş oluyor.

Halbuki bizdə öylə degildir. Əksərən orduya gələn nəfər yer əkmək yaxud qoyun otarmaqdan başqa bir şey bilmiyor. Bunun üçün komandanlıq ordunun hər bir ehtiyacını xaricdən görmək məcburiyyətində qalıyor.

Bu xüsusda cəmiyyət orduya böyük bir xidmət edə bilər. Bilxassə qadınlarımız təşəbbüs edərlərsə, orduya cəmaşır hazırlaya bilərlər. Bu qədər böyük bir xidmət, vətəni bir xidmət olur.

Oxuyucular bilirlər ki, müharibənin şiddətli zamanlarında ləvazimə möhtac qalan rus ordusuna rus cəmaəti qədər böyük xidmətlər etmişdi. Şəhərlər zemstvolar tərəfindən təşkil olunan cəmiyyətlər, sənaye ticarət ərbabı tərəfindən vücuda gətirilən müəssisələr orduyu dərəcədə qüvvətləndirmişlərdi.

Orduya alınanların ailələri var. Onların dərdləri var. Görüləcək işləri var. Onlar daha əskər övladı, əskər ailəsi olmağa adət etməmişlərdir. Bumüqəddəs adətə ögrənmək nəsibi ilk dəfə onlara aid olmuşdur. Şübhəsiz ki, vətən müdafiəyi-ülvisi olduğunu dərk edən bir vətəndaş üçün böylə bir fədakarlıq nəsibi ilə hissəmənd olmaq böyük bir səadətdir. Fəqət bununla bərabər o ailənin maddi mənəvi ailə ələmlərini dəxi digər vətəndaşlar anlamalıdırlar. Öz qardaş əlaqələri ilə göstərməlidirlər ki, xidmətə alınmış əskər onun ailəsi cəmiyyət tərəfindən unudulmamışdır. Böylə bir məhəbbətli əlaqəyi qışlasında xəbər alan yeni əskər rahətlə vəzifəsini ifa elər, bundan da məmləkət, vətən böyük faidələr görər.

Əskər ailələrinin bir çox dərdləri var, onlara yetişmək, bəzən həqsiz olaraq qanunun kəndilərinə bəxş etmiş olduğu müsaidələrə təcavüz edilmişdir, onları rəf etdirə bilmək üçün kəndilərinə yol göstərmək üçün bir cəmiyyət olarsa azmı faidə verər?

Diqqət olunsun Gürcüstana, Ermənistana, orada hər şeyi hökumətmi ediyor?

Qətiyyən. Orada cəmaət, cəmaət müəssisələri, firqələr, cəmiyyətlər hökumətdən az görmüyorlar. Çünki bilirlər, görüləcək vətən işi, millət işi, bir sözlə, dövlət işi o qədər çox, o qədər güna-gündür ki, onları görmək üçün hər kəsə, hər cür cəmiyyətə vardır. Ta ki, işləyən olsun?

Gəncədə Azərbaycan hökuməti təsis edərkən böyük bir xəta irtikab edildi. Xəlq içindən doğma qədər milli müəssisələr varsa           ortadan qaldırıldı. Hər şeyi hökumət görəcəkdeyə bir fikir verildi.

O gündən etibarən firqə həyatı, firqə təşkilatına zərərli bir kibi baxıldı, BakıdaTürk Ocağıcəmiyyəti müsaidə alıncaya qədər min müşkülata məruz qalmışdı.

Bu xəta parlaman təsis edildikdən, Gəncədə faidəsiz görülən Şurayi-Millinin həqqi hakimiyyəti iadə edildikdən sonra anlaşıldı.

Fəqət bu xətayı hökumət siyasi məhfillər anlamış olduqları halda görüyorum, cəmaətimizin kütləsi daha bunu anlamamışdır. Hələ hər kəs hər şeyi hökumətdən gözləyib duruyor.

Əlbəttə, hökumətə malik bir millətin həqqi vardır ki, hər şeydən həyati-ictimaiyyə siyasiyyəsinin müdiri nazimi olan hökumətin rəftar göftarına, təşəbbüs qərarlarına müntəzir olsun. Bu təbiidir. Fəqət təbii olmayan bir şey vardır ki, o da hər şeyi hökumətdən intizar edib kəndisinin tamamilə atil batil oturmasıdır.

Millətin fəal zində qüvvətləri, haydı başına. Şimdi işləmək, yaratmaq hökumətə kömək etmək zamanıdır.

Hökuməti yalnız sözlə olan irşadəngizlə degil, işlə göstərdiginiz təşəbbüsünüzlə təyid etməlisiniz!

     

M.Ə.Rəsulzadə

      Azərbaycan”, 5 şubat

(fevral) 1919, №106

Azərbaycan paytaxtı

        

Quzğun dənizin sahilində, əski Albaniyanın mərkəzində, Şirvanşahların paytaxtında, Abşeron yarımadasının cənubunda 49-51 dərəcə tul, 40-21 dərəcə ərzində bir tərəfdən Bayıl, digər tərəfdən Zığ adilə suların bağrına qol uzatmış, qarşıdakı adaların himayəsilə pənahsız gəmiləri hər növ tufanlara qarşı qoruyan mərhəmətkar bir qucaq açmış liman var:

Bakı bəndəri!

Şöhrətli Azərgədəsi, “odunsuz yanar, sudan qorxmazmünqəbədar atəşi uzun zamanlardan bəri məruf, tarix səhifələrini boyamış neft quyuları, hərdənbir fövran edəryanardağı ilə Azərbaycan isminin müsəmması həmişəyanar bir ocaq var:

Bakı bələdəsi!

BakıAzərbaycanın paytaxtı.

Bakı, bu gün istiqlalını elan etmiş olan Şimali Azərbaycanın mərkəz idarəsi olduqdan sonra degil, daha əvvəldən, qədim zamanlardan bəri Azərbaycan paytaxtı-paytaxtı degilsə , mühüm mərkəzlərindən biri olmaq heysiyyətinə malik olmuşdur.

Azərbaycan kəlməsininOdmənasındakıAzərdən ayrıldığını iddia edənlər, buradaki atəşgədələri göstərir, ona görə bu yerlərəOd abad edənmənasındaAzərbaykan yaxudAzər abad kan”, daha sonra müərrib olaraqAzərbaycan  denildiyini bəyan edərlər.

Şəmsəddin Sami bəy mərhumQamusi-əl-əlamındaAzərbaycankəlməsinin əvvəlcə Təbrizin özünə, sonra ətrafına, daha sonra vilayətinə ələm olduğunu qeyd ediyorsa da, bir az aşağıda Azərbaycanın toprağını yerlərinin mürəkkəb olduğu məvaddi-tərif edərkən diyor ki: “Məmləkətin toprağı ərazi-bir kaniyyədən olub, qaz çıxarır yerləri neft quyuları çox olduğu kibi, zəlzələləri dəxi pək sıx olub, qəsəbələri ələlxüsus mərkəzi olan Təbriz şəhəri dəfəatla xərab olmuşdur. Zəmani-cahiliyyətdə atəşgədələrinin kəsrəti bəlkəAzərbaykan  təsmiyyə olunması dəxi bir atəşi-daimi halında olan bürkan neftlərinin kəsrətindən iləri gəlmişdir”.

Görüyorsunuz ki, müəllifi-möhtərəm sizə tamamilə aşina bir mənzərə təsvir ediyor. Tərif tamamilə Bakıya vilayətinə aid daimi bir atəş halında bulunan bir kanBakı, dəfəatla zəlzələyə məruz qalan da Şamaxıdır. Burada Təbriz həvalisinə bənzəyən bir şey yox. Çünki o həvalidə qaz çıxarırlar, neft quyuları vardır.

Bunu zikr etməkdən məqsədimiz təbii, Təbrizin Azərbaycan mərkəzi olduğunu inkar degil, əsl Azərbaykan isminin müsəmması olacaq nöqtənin Bakı ola biləcəgini göstərməkdir.

Əvət, Bakı yalnız bugünki Azərbaycan Cümhuriyyətinin paytaxtı degil, əski Azərbaycan qitəsinin mühüm bir mərkəzidir. Vəqtilə bu mərkəz əskiMidiyayerini tutan Azərbaycan sakinlərini müqəddəs atəşləri ilə qızdırmış; bu hərarətlə o, İrandan, Hindistandan  dünyanın sair yerlərindən zairlər cəlb eləmişdir.

Bakı bu gün ziyarətgah, bu gün məbəddir.

Bugünki Bakı zairləri əski atəşpərəstlər kibi din hissiyyatı ruh ehtiyaclarını tətmin üçün degil, maddi həvəslərini təmin, artıq təmələrini doyurmaq üçün gəliyorlar. Buradakı sərvəti kəndi kəşanələrinə axıtmaq istiyorlar. Bu müasir zairlər tarixin hekayələrini oxurkən hind zairlərinin gəlib burada müqəddəs atəşlərə tapınmaqdan başqa bir faidə gözləmədiklərini heyrətlərlə tələqqi edər, o nur hərarət sərgərdanlarını qətiyyən anlıyamazlar. Çünki onlareşqişəmin başına firlanıb da kəndisini yakan yakılarkən səs çıxarmayanpərvanədən degil, çəmənlikləri, çiçəklikləri birər-birər gəzib güllərdən şirə çəkənarılardan ögrənmişlərdir.

Onlar icab edərsə palçığa girər, hisə bulaşar, mazuta batar, fəqət atəşi tapmazlar. Çünki məbud olaraq onlar qazı, nefti degil, bunlardan hasil olanSarı mədənitanırlar.

Fəqət Bakının müridləri yalnız bu uzaq vilayətlərin zəvvarı degildir. Buranın maddi deyil, mənəvi atəşlərinə Hindistan məcusi İran zərdüştlisindən daha şiddətli bir ehtiyac daha qüvvətli bir imanla mərbut olan mücavirlər, mötəkiflər vardır:

Azərbaycanlılar!

Əvət, Bakı əski məcusilərdən ötrü şöləsinə yakılır şəm; qomşu imperialistlərlə Avropa kapitalistlərindən ötrü şirəsi çəkilir gül isə, Azərbaycan türklərindən ötrü təvaf olunur əməl kəbəsi, etikaf olunur həyat məscididir.

Bu, bizə bir əməl kəbəsi həyat məscidi olan Bakımızı, əcəba, heç bilirmiyiz?!...

Bu suala cavab almaq üçün mətbuatı-ümumiyyəmizin cavan hücrəsini ümumi bir surətdə gözdən keçirdim. Bakıya aid bir şey görmədim. Bu bana həvəs cəsarət verdi. Müxtəsər olsa, Bakının tarixi həqqində bir kaç yapraq qaralıyalım, dedim. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycan Cümhuriyyəti paytaxtının şan heysiyyətı ilə mütənasib olamıyacaq. Çünki əl altında o qədər mənbə, o qədər zaman fürsət vardır. Fəqət Azərbaycan mətbuatında xususda daha heç bir yazı yazılmadığından, düşündüm ki, naqis olsa, bir şey olsun. Biz naqisini başlarız, mütəşəbbüs  gənclərimiz çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy eylər, bu başlanğıcı təkmil edərlər; o zaman biz əziz paytaxtımızın mükəmməl bir tarixinə malik olmaq səadətini dərk edəriz.

II

Bakıkəlməsi imdiki halda dünyaca məruf kəlmələrdən birisi hər kəsin virdi-zəbanı  olduğu  kibi, hər azərbaycanlının dabismiləsidir.

Bu kəlmə, bilxassə Azərbaycan istiqlalının xofla ümid arasında bir böhran keçirməkdə olan bu günlərdə həssas ürəklərə müəssir bir iztirab verməkdədir.

Qəlblərimizi bu qədər əlaqədar edənBakıkəlməsi, əcəba, hankı mənayı ifadə ediyor?

Bu kəlməninbadkubdan mürəkkəb olanbadi kubəkəlmeyi-farsisindən müxəffəf olaraq ayrıldığı yeldögənmənasına gəldigi mərufdur; böylə birtəsmiyyənin səbəbi isə burada hakim olan Şimaldan əsənXəzri Cənubdan əsənGilavaryelləri imiş.

Fəqət Bakı isminin böylə mənayə malik olduğu məşhur isə , dərin düşünür müdəqqiqlər böylə bir vəchi-təsmiyyeyi amiyanə görüyorlar.

İran müabiləri Bakı isminin əslini iranilərin tələffüzləribadi kubədən aradıqları kibi, bəzi türkçilər bakılılarınbəkişəklində tələffüz elədikləri bu kəlməyibakkəlməsindən ayırmaq istiyorlar. Ərəb müvərrixlərindən bəzilərinin paytaxtımızıbaqşəklində qeyd etdiklərindən dəxi istidlal edərək, bir rəvayətə görə, Xəzər türkləri tərəfindən təsis olunmuş olan bu şəhərin əslindəbəkmüqabili bulunanbakkəlməsindən iləri gəldigini söyliyorlar. Əksər ərəb müvərrixlərincəBakuyəməruf olan tələffüzü (bəkcigəz)in müərribi imişdeyə iddia ediyorlar.

Ərəb coğrafiyunundan Yaqut Həməvi BakıyıBakuyəşəklində qeyd eləmişdir.

İbn Əl-Əsir Xəzəri isəKamiladlı tarixində Bakı şəhərinibaqolmaq üzrə göstəriyor diyor ki, “Baq-Bəsfərcan elində bir şəhərdir”. Yaqutun Bəsfərcan tərifinə görə Əran (yəni Şimali Azərbaycan) ölkəsində kain bir elin adıdır.

Amasiyalı Hüsaməddinİqdamda nəşr elədigi bir məqaləsində İbn Əl-Əsirinbaqını alaraq bununbakdan çıxdığınıbakın da Bakuyə şəklinə gəldigini bunun da şimdiki türkcəmizdəBəkşəhridemək olduğunu iddia etməkdədir. Digər bir mühərrir dəxi Bakının yenə türkcə olaraq Sultanülqəra Şahkənd mənasına olaraqBək köyolduğunu zikr edərək şair Şeybaninin aşağıdakı:

Bək köy bana göründü bənli

Ol lalə üzar simi-tənli

beytini dəxi istidlal üçün iqtibas ediyor.

Bakukəlməsinin istiqaqi haqqında bu kibi tədqiqat biçimli digər mülahizələr dəxi yox degildir. Fəqət bu mütaliələrin qərini-həqiqət olduğunu təsdiq etmək məsuliyyətini boynumuza alamayız.

Bizə öylə gəliyor ki, Bakının qədimligini, burada əski iranilərin, yunanilərin, xəzərlərin sair qədim millətlərin hökmran olduqlarını nəzərə alaraq Bakı kəlməsini farscaya yaxud türkcəyə uydurub da kəndisinə mətlub bir mənayi bağlamaqla məsələ həll ediləməz.

Bakı kəndisində bulunan gərək Venedik kari qüllələri gərək hindkari azərgədələri ilə bəşəriyyətin əski dindarları olan hind atəşpərəstlərinə bittəb bəlli idi. Bunu  göstərər sərih məlumati-tarixiyyə vardır.

Bir bürkan halında daimi atəş surətində yanıb tutuşan Bakı atəşpərəstlərə yabançı qalamazdı. Həm qalmamışdır, burası onlarca bir ərzi-müqəddəs idi. Suraxanıdakı atəşgədə Azərbaycan atəşgədələrinin ən qüdsisi idi. Buraya hind məczublərinin zəvvar qafilələri təşkil edərək gəldikləri müsəlləmdir.

Bu mülahizəyə görə, “Bakukəlməsinin iştiqaqını bugünki farscada, türkcədə aramaq səhih olamaz. Bunun üçünsanskritdilinə müraciət edilərsə, daha münasib olur.

SanskritcədəBakukəlməsi bir məna ifadə ediyormu? – biləmiyoruz. Fəqət bəzi mənbələrə görə hind lisanlarından (keçrati-qədim) dilindəBakukəlməsihəqiqətə doğrumənasını ifadə ediyormuş. Çox ehtimal verilə bilər ki, hind məcusiləri möcüznüma atəşgədəsindən dolayı burasına böylə müqəddəs bir ism vermiş olalar. Bilxassə ki, “odunsuz yanar sudan qorxmazüç atəş əfsanəsi dəxi Baku atəşgədəsinin bulunduğu yerə isnad olunuyor. Tarixən müəyyən olmayan bir zamandaİran tarixilə məşğul olanlar diyorlar ki, – atəşpərəst zərdüştilərindən bir qafilə AzərbaycandanAbşeronyarımadasına gələrək sahildən iki fərsəx fasilədə Baku atəşgədəsini vücudə gətirmişlərdir. Onların anlatmasına görə, “bu məbəd (yəni Baku atəşgədəsi) sıcaq bir topraq üzərində təsis olunmuşdu. Bütün o tərəflərdə kəsrətlə mövcud olanşistyağlarilə neftin qarışmasından hasil olmuş (karbonlu hidrogen) o sahədə kəsrətlə vardı. Bu qaz atəş alıyor, yanıyordu. Hətta yalnız topraq üzərində degil, bu qaz dəniz açıqlarında da mövcuddur. Alovlu bir şey atınca haman suyun üzü atəş alıb yanıyor.”

Bakının Hindistan, İrani-qədim atəşpərəstliklə olan əlaqəsi adının nərədən gəldigi həqqində verilən izahat arasında göstərildi.

Burasının Yunani-qədim Venedik dövrləri ilə münasibətdar olduğunu bildirir. Asar da vardır. Bayıl qabağında sular içərisində bulunan əski qələ hasarını andıran barıların ənqazı bu asardandır. Şəhərimizin gözəlliklərindən birini təşkil edən Kupalniya (dəniz hamamı) yapıldığı zaman bu ənqaz səmtindəməzkur hamam müqabilindən sahildə duranQız qələsi doğru uzanan bir növ səngfərşlər kəşf olunduğu zaman mütəxəssis mühəndislər bunun əski yunan asari-memariyyəsindən olduğuna zahib olmuşlardı. Məzkur Qız Qələsi dəxi adilə türk əsəri isə , tərzi memarı şəkil etibarilə Venedik asarını andırıyormuş.

Haşımov meydanında qoşa qələ qapısı üzərində müşahidə olunan rəsmlər dəxi islamiyyətdən əvvəlki  bir dövri-qədimə aid olsa gərək”.

İsminin kibi bir məna ifadə elədigi həqqində mövcud olan bu qədər rəvayətlər içərisində amiyanə bir təfsiri olanbadkubtəvəccöhi məruf olduğu kibi şəhərin qədimligi kim tərəfindən təsis olunduğu babda da iranilərcə məruf bir rəvayət vardır. Bu rəvayətə görə, Bakı Nuşirəvanı-Adil tərəfindən təsis olunmuşdur. Buna müqabil şəhərin Nuşirəvan istilasından daha əvvəl Xəzər xaqanlığına tabe bir Türkmən xanlığı dairəsində olduğu da iddia olunmaqdadır. İbn Əl-Əsirin BakınınBəsfərcanelində bir şəhər olduğunu zikr etdigini qeyd etdik. “Məcməülbəldansahibi Yaqut Həməvi isə Bəsfərcan elini: “Bəsfurcan”, Bəsluxan, Basluxan kibi Basfurkanın müərribidir. Türklərin bay siburqandediklərinə iranilərBasfurkan”, ərəblər BəsfurcanBəsfərcandemişlərdir. Şərqdə Seyhun üzərində kain Siburqan şəhri, Xorasanın mərkəzi-qədimi olan Mərv önündə axan Macan (Makan) nəhri üzərində vaqe Əşfurqan (Siburqan) şəhəri Qərbdə Kür nəhrinin Şərq tərəflərini mühit olanBasburqaneli türk bilad asari-məşhurəsindəndirdeyə izah ediyor.

Şəhərin kimlər tərəfindən təsis edildigi ixtilaflı olduğu kibi, hankı sənədə təsis edildigi ixtilaflıdır. Burasının məmurə olaraq 1500 sənədən bəri məlum olduğu, hətta bir rəvayətə görə Miladi-İsadan 978 sənə əvvəl dəxi burada məmurə olduğu rus qamuslarında müqəyyiddir.

(Ardı var)

 





30.06.2014    çap et  çap et