525.Az

Bayden: "Liviyaya dəstəyimiz davam edəcək"


 

Bayden: "Liviyaya dəstəyimiz davam edəcək"<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden Liviya xalqının sabit, demokratik və firavan gələcəyə nail olması üçün onları dəstəkləməyə davam edəcəklərini bildirib. 

525.az xəbər verir ki, Liviya Prezident Şurasının media ofisindən verilən yazılı açıqlamaya görə, ABŞ Prezidenti Co Bayden Liviyanın müstəqilliyinin 71-ci ildönümü münasibətilə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfiyə məktub göndərib. 

Bayden məktubunda şuranın milli barışığa çağırış səylərini yüksək qiymətləndirib və bu mühüm layihədə iştirak etmək arzusunu ifadə edərək, Liviya xalqının sabit, demokratik və firavan gələcəyə nail ola bilməsi üçün onları dəstəkləməyə davam edəcəyini vurğulayıb. 

Qeyd edək ki, dekabrın 17-də ABŞ-Afrika Liderləri Sammitində iştirak etmək üçün Vaşinqtonda olarkən ABŞ Prezidenti Baydenlə görüşən Əl-Menfi Baydenə ölkəsini sabitləşdirməyin yolları və Prezident Şurasının siyasi və iqtisadi baxışı haqqında məlumat verib. Liviyada dekabrın 24-ü ölkənin müstəqillik günü kimi qeyd olunur.

Malik Atilay

 





24.12.2022    çap et  çap et