525.Az

ABŞ Konqresində Kiyevə dəstək məsələsi Putinin əlindədir


 

ABŞ Konqresində Kiyevə dəstək məsələsi Putinin əlindədir<b style="color:red"></b>

"ABŞ Konqresində Kiyevə gələcək dəstək məsələsi ilə bağlı fikir ayrılığı Rusiya Prezidenti Vladimir Putinin əlindədir".

525.az xəbər verir ki, bu barədə Britaniyanın köşə yazarı Lukas Dequtis bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin çıxışına lazımi əhəmiyyət verməyən Konqres üzvləri Putinə yaxşılıq ediblər. Dequtis qeyd edib ki, demokratlar və respublikaçılar arasında fikir ayrılıqlarına baxmayaraq, Ukraynaya ayrılan vəsaitin yoxlanılması Vaşinqtonun Kiyevlə qarşılıqlı əlaqələrinin mühüm hissəsi hesab olunur. "Respublikaçılar və demokratlar vergi ödəyicilərinin pullarının nəyə xərcləndiyini soruşmaqda səhv etmirlər", - deyə köşə yazarı qeyd edib.

O, bir çox respublikaçıların Ukrayna liderinin ABŞ-a səfərindən narazı olduğunu vurğulayıb. Məqalədə deyilir ki, bir neçə konqresmen Zelenskini alqışlamayıb və onlardan ikisi tribunaya qalxarkən yerlərindən qalxmayıb.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden demişdi ki, o, Ukraynaya dəstək məsələsində Qərb ölkələri arasında parçalanma əlamətləri görmür. O qeyd edib ki, NATO və Avropa İttifaqı heç vaxt olmadığı formada birləşib.

Havar Şəfiyeva

 





26.12.2022    çap et  çap et