525.Az

Prezident yaşıllıqların mühafizəsi ilə bağlı fərman imzalayıb


 

Prezident yaşıllıqların mühafizəsi ilə bağlı fərman imzalayıb<b style="color:red"></b> Prezident İlham Əliyev “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb prezidentə təqdim etsin. Bundan başqa, NK yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması qaydasını müəyyən edib prezidentə məlumat verəcək.
 
Nazirlər Kabinetinə aşağıda göstərilən tapşırıqlar da verilib:
 
Yaşıllıqların bərpası qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq, yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Fərmana əsasən, Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir.

Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır.

Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.

Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin bütün subyektləri yaşıllıqlardan istifadədə, onların salınması, bərpası, qorunması və genişləndirilməsində bərabər hüquqlara malikdirlər və subyektlərin heç birinə bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üstünlük verilmir.

Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri də müəyyən edilib. Belə ki bələdiyyələr mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparacaq.

Fərmanda o da qeyd olunur ki, yaşıllıqların bərpası bir il ərzində həyata keçirilməlidir.
 





01.07.2014    çap et  çap et