525.Az

Gürcüstan Ermənistan-Azərbaycan əlaqələrinə parlamentlərarası səylərlə töhfə vermək istəyir


 

Gürcüstan Ermənistan-Azərbaycan əlaqələrinə parlamentlərarası səylərlə töhfə vermək istəyir<b style="color:red"></b>


Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə parlamentlərarası səylərlə töhfə vermək istəyir.

525.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili cari ilin nəticələrinə dair Tbilisidə keçirilən “Səfirlərin Konfransı – 2022”nin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, birgə parlamentlərarası səylər vasitəsilə regionda sülhə nail olmaq mümkündür.

“Ukraynada davam edən genişmiqyaslı müharibə ilə yanaşı, (bu il) bizim regionumuzda da sülh olmayıb. Biz Azərbaycan və Ermənistanla birgə parlamentlərarası səylərlə regionumuzun inkişafının başlıca şərti olan sülh və sabitliyə töhfə vermək istəyirik”, - parlament sədri vurğulayıb.

 





26.12.2022    çap et  çap et