525.Az

ATƏT növbəti dəfə cəbhə xəttindəki vəziyyəti araşdıracaq


 

ATƏT növbəti dəfə cəbhə xəttindəki vəziyyəti araşdıracaq<b style="color:red"></b> ATƏT növbəti dəfə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti araşdıracaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər.
 





01.07.2014    çap et  çap et