525.Az

Sənətçilərimiz İsveçdə konsert veriblər


 

Sənətçilərimiz İsveçdə konsert veriblər<b style="color:red"></b>

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib.

525.az İsveçdə yaşayan həmvətənlərimizdən aldığı məlumat əsasında xəbər verir ki, tədbirin təşkilatçısı İsveçdəki Azərbaycan səfirliyi və Vahid Azərbaycan Dərnəynin rəhbəri Aya Coşğun olub. Tədbirdə İsveçdə, Danimarkada, digər Avropa ölkələrində yaşayan soydaşlarımız, İsveçin müxtəlif şəhərlərindən gələn qonaqlar, eləcə də səfirlik əməkdaşları iştirak edib. 

Çıxış edən Aya Coşğun Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Aya xanım bu bayramın tarixinə nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan olunması haqqında qərarın Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.

Xanəndələr Almaxanım Əhmədli və Abgül Mirzəliyev muğam, təsnif, bəstəkar və xalq mahnılarlndan ibarət musiqi çələngi təqdim ediblər. Gənc sənətçilərin ifası tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb. Müğənniləri tarda Məsim İslamov, kamançada Elvin Novruzov, sintezatorda Vasif Məmmədov, nağarada Xəlqani Hüseynov müşayiət edib.

 





26.12.2022    çap et  çap et