525.Az

Rusiya Dövlət Dumasının sədri İrana səfər edəcək


 

Rusiya Dövlət Dumasının sədri İrana səfər edəcək<b style="color:red"></b>

Rusiya Fedarasiyasının Dövlət Dumasının sədri İran İslam Respublikasına səfər edəcək.

525.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yanvarda İrana səfər edəcək və orada Prezident İbrahim Rəisi ilə görüşəcək. 

Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev görüşü planlaşdırmaq və digər məsələlər üçün İrana səfər edib. O, respublikanın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşüb. Tərəflər Yaxın Şərq regionundakı vəziyyəti və parlamentlər səviyyəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, noyabrın əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana səfər edib və orada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə danışıqlar aparıb. Onlar həm Ukrayna ətrafındakı məsələləri, həm də ABŞ-la münasibətləri müzakirə etmişdilər.

Havar Şəfiyeva

 





26.12.2022    çap et  çap et