525.Az

“2-3-cü sinif dərsliklərində uyğunsuzluq hələ də qalır”


 

“2-3-cü sinif dərsliklərində uyğunsuzluq hələ də qalır”<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin maketlərinin elmi-metodiki monitorinqi haqqında məlumat yayıb.

Komissiyadan Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin TQDK-ya rəsmi müraciətinə əsasən, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə 2-ci sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait, 3-cü sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait) təkrar çapı ilə əlaqədar olaraq, onların nəşrə qədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb.
 
Ötən tədris ilində bu siniflər üzrə dərslik komplektlərinin TQDK tərəfindən elmi-metodiki monitorinqi aparılıb, hər bir dərslik komplektinin məzmununa, dil və yazı üslubuna, bədii tərtibat və dizaynına, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə yekun rəylər hazırlanıb. Dərslik komplektlərinin maketlərinin builki monitorinqi göstərib ki, bütün fənlər üzrə ötən il yekun rəylərdə qeyd edilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Bununla bağlı formalaşdırılmış yekun rəylər 19-25 may tarixlərdə Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda yerləşdirilib.
 





01.07.2014    çap et  çap et