525.Az

İraqda məzhəb davası: sünnilər hökumət qurur


 

İraqda məzhəb davası: sünnilər hökumət qurur<b style="color:red"></b> İraqda son aylar baş verənlərdən sonra ölkə parçalanma təhlükəsi ilə üzləşib.

Lent.az-ın xəbərinə görə, İraq Xalq Hərəkatı ölkədəki böhrana görə baş nazir Nuri əl-Malikini ittiham edib.
 
İraq Xalq Hərəkatının mətbuat katibi Məhəmməd Taha Hamdun Malikinin şiə polislər vasitəsi ilə sünnilərə qarşı repressiya həyata keçirdiyini bildirib: “Terrorizmin ən böyük nümayəndəsi Malikidir. Zülmün başında o dayanır. Biz siə polislərin nəzarəti altında yaşamaq istəmirik. Malikinin həbs etdirdiyi insanların 90 faizindən çox sünnilərdir. Cəmiyyətin nüfuzlu şəxsiyyətlərinə, xalq hərəkatı liderlərinə və sünnilərə qarşı amansız hücumlar təşkil olunur. Tam olaraq məzhəbçilik siyasəti yeridilir. Dövlət qurumlarında sünni ərəblərin varlığı məhv edilib”.
 
Malikinin nəzarətində olan medianın İraq Xalq Hərəkatını terror təşkilatı kimi təqdim etdiyini söyləyən Hamdun sünnilərin milli hökumət quracaqlarını da sözlərinə əlavə edib.
 
İraq Xalq Hərəkatının Bağdad nümayəndəsi Munir Al-Obaidi isə sünnilər yaşayan ərazilərə sünnilərin nəzarət edəcəyini qeyd edib.
 





01.07.2014    çap et  çap et