525.Az

Zelenski: "Donbasda qızğın toqquşmalar davam edir"


 

Zelenski: "Donbasda qızğın toqquşmalar davam edir"<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Donbas bölgəsində qızğın toqquşmaların davam etdiyini bildirib. 

525.az xəbər verir ki, Zelenski sosial media hesabında yayımladığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib. 

Ölkəsinin Donbas bölgəsində Donetsk və Luqansk tərəflərində yerləşən yaşayış məntəqələrində qaynar toqquşmaların davam etdiyini bildirən Zelenski, “Orada vəziyyət ağırdır, ağrılıdır”, - deyib. 

Rusiya ordusunun bu bölgələrdə intensiv hücumlara baxmayaraq irəliləyə bilmədiklərini deyən Zelenski, Rusiya qüvvələrinə qarşı döyüşdüyü üçün Ukrayna müdafiə qüvvələrinə təşəkkür edib.

Zelenski bütün ölkədə elektrik enerjisinin kəsilməsinin davam etdiyini və Rusiya qüvvələrinin hücum etdiyi enerji infrastrukturlarının zədələnməsi səbəbindən 9 milyona yaxın insanın işıqsız qaldığını, enerji obyektlərində təmir işlərinin davam etdiyini bildirib. 

Qeyd edək ki, Rusiya ordusunun yaxın günlərdə ölkəsinə qarşı raket hücumları təşkil edəcəyinə işarə edən Zelenski: "Havadan müdafiə (sistemlər) hazırlanır, dövlət hazırlanır və hər kəs hazırlanmalıdır. Xəbərdarlıq siqnallarına diqqət yetirin", - deyib.

Malik Atilay

 





27.12.2022    çap et  çap et