525.Az

Mask "Starlink" peykinin İranı internetlə təmin etdiyini açıqlayıb


 

Mask "Starlink" peykinin İranı internetlə təmin etdiyini açıqlayıb<b style="color:red"></b>

"SpaceX" və "Twitter"in sahibi İlon Mask 100-ə yaxın "Starlink" peykinin İranda internet dəstəyi təmin etdiyini bildirib.

525.az xəbər verir ki, Mask "Twitter"də İrandakı "Starlink" peyklərinin vəziyyəti ilə bağlı paylaşım edib. Paylaşımda peykin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulmuş "Starlink" peyklərinin İranda aktiv olduğu və onların sayının 100-ə yaxınlaşdığı qeyd edilib.

Qeyd edək ki, "SpaceX" "Starlink" peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin isə 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Məhəmməd Tağıyev

 





27.12.2022    çap et  çap et