525.Az

İranda 12 yaşlı uşaq polisin atəşi nəticəsində ölüb


 

İranda 12 yaşlı uşaq polisin atəşi nəticəsində ölüb<b style="color:red"></b>

İranın Hörmüzqan vilayətində təhlükəsizlik qüvvələrinin “dayan” xəbərdarlığına tabe olmayan avtomobilə atəş açması nəticəsində 12 yaşlı Sehi Etebari ölüb.

525.az xəbər verir ki, İranın Hörmüzqan əyalətinin Bestek şəhərində təhlükəsizlik qüvvələri “dayan” xəbərdarlığına tabe olmayan avtomobilə atəş açıb. İran mətbuatında yer alan xəbərə görə, avtomobildə olan 12 yaşlı Sehi Etebari açılan atəş nəticəsində dünyasını dəyişib.

Mövzu ilə bağlı açıqlama verən Hörmüzqan vilayətinin polis rəis müavini Mehrdad Meşvek təhlükəsizlik qüvvələrinin narkotik ticarəti ilə bağlı kəşfiyyat məlumatı aldıqdan sonra Lavarmistan-Bestek küçəsində nəzarət-buraxılış məntəqəsi yaratdığını bildirib.

Aralarında Etebarinin də olduğu avtomobilin polisin "saxla" xəbərdarlığına tabe olmadığını bildirən Meşvek: "Maşında olan 12 yaşlı Sehi Etebarinin yaralandığı aydın olub və tez xəstəxanaya yerləşdirildi”, - deyə o bildirib.

Meşvek bildirib ki, 12 yaşlı Etebarinin ölümü ilə bağlı istintaq başladılıb.

Fərid Sançar

 





27.12.2022    çap et  çap et