Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanı tamamilə cilovlamaq siyasətinin son dərəcə təhlükəli olduğunu bildirib. Lavrov: "Bu siyasət nüvə güclərini birbaşa silahlı münaqişəyə sövq etmək riski daşıyır", - deyib.
525.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS xəbər agentliyinə müsahibəsində Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib. Ukraynada 5 ildir davam edən münaqişələrin olduğunu deyən Lavrov, ABŞ-ın isti münaqişədən həm iqtisadi, həm hərbi, həm də strateji baxımdan maksimum fayda əldə etməyə çalışdığına diqqət çəkib.
Pentaqonun Ukrayna ordusunun ehtiyacları üçün hərbi xərclərə görə barajı qaldırdığını və bunu anti-Rusiya alyanslarının digər üzvlərindən də tələb etdiyini söyləyən Lavrov: "Birləşmiş Ştatlar münaqişənin uzadılması və daha şiddətli olması üçün hər şeyi edir", - deyib.
Rusiyanın həm Ukrayna kontekstində, həm də daha geniş strateji səviyyədə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu qeyd edən Lavrov, Vaşinqtonun Moskva ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmaqdan başqa alternativ olmadığını başa düşmək üçün ABŞ-ın "yetişməsini" gözləyəcəklərini qeyd edib.
Məhəmməd Tağıyev
çap et