525.Az

İranda həyatını itirən etirazçıların sayı 476-ya yüksəlib


 

İranda həyatını itirən etirazçıların sayı 476-ya yüksəlib<b style="color:red"></b>

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlər zamanı həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.

525.az xəbər verir ki, İHR-nin internet saytında dərc edilən hesabatda həyatını itirən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib. 

Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib. 

Hesabatda Sistan-Bəlucistanda 130, Kürdüstanda 53, Qərbi Azərbaycanda 55, Tehranda 52, Mazandaranda 38, Gilanda 26, Kirmanşahda 25, Elborzda 23, İsfahanda 14, Farsda 11, Xuzistanda 11, Rəzəvi Xorasanda 7, Şərqi Azərbaycanda 4, Loristan, Zəncan, Qəzvin və Həmədanda hər birində 3, Ərdəbil, İlam, Buşehr və Hörmüzqanda hər birində 2 nəfər nümayişçinin həyatını itirdiyi bildirilib.

Malik Atilay

 





28.12.2022    çap et  çap et