525.Az

BXA Yeni ilə həsr olunmuş konsert-tamaşa keçirib


 

BXA Yeni ilə həsr olunmuş konsert-tamaşa keçirib<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası (BXA) tərəfindən Bakı Musiqi Akademiyasının Opera Studiyasında Yeni ilə həsr olunmuş konsert-tamaşa keçirilib. 

Konsert-tamaşada BXA-nın kollektivi, tələbə-şagird heyəti, şəhid və qazi ailə üzvlərinin övladları, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin uşaqları və əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Konsertdə Yeni ilin əsas rəmzləri Şaxta baba və Qar qız obrazları, akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinin və orta ixtisas təhsili pilləsinin tələbələrinin ifasında müxtəlif əyləncəli rəqs parçaları, maraqlı səhnəciklər azyaşlı izləyicilərin sevincinə səbəb olub.

Konsert-tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 





28.12.2022    çap et  çap et