525.Az

Zelenski: "Ukrayna ordusunu gələn il üçün hazırlamağa davam edirik"


 

Zelenski: "Ukrayna ordusunu gələn il üçün hazırlamağa davam edirik"<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb və ordunu gələn il üçün hazırlamağa davam etdiklərini bildirib. 

525.az xəbər verir ki, gecə saatlarında "Telegram" hesabında paylaşdığı videomüraciətlə xalqa müraciət edən Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı qiymətləndirmələr edib. 

Vladimir Zelenski bildirib ki, onlar bu gün müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşüb və cəbhədəki son vəziyyəti müzakirə ediblər. Ordunun gələn il hazırlıqları barədə danışdıqlarını deyən Zelenski: "Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır", - deyib. 

Ukrayna ordusunun bütün fəsillərə hazır olması lazım olduğunu vurğulayan Zelenski: "Qışda risklərin nə olduğunu, yazda nə etməli olduğumuzu və buna görə də bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri göstərməli olduğunu bilirik", - ifadəsindən istifadə edib. Məqsədlərinin bütün Ukrayna torpaqlarını azad etmək olduğuna işarə edən Zelenski 2023-cü ilə bu inamla girəcəklərini bildirib.

Malik Atilay

 





28.12.2022    çap et  çap et