525.Az

İtaliyanın Baş naziri Zelenskini Romaya dəvət edib


 

İtaliyanın Baş naziri Zelenskini Romaya dəvət edib<b style="color:red"></b>

İtaliyanın Baş naziri Giorgia Meloni Ukrayna Prezidenti Vladimir Zelenskini Romaya dəvət edib və Kiyevə getmək niyyətində olduğunu açıqlayıb. 

525.az xəbər verir ki, Baş nazirlikdən verilən yazılı açıqlamada Meloninin siyasi, hərbi, iqtisadi, humanitar məsələlərdə və Ukraynanın gələcək yenidənqurma işlərində İtaliya hökumətinin Kiyevə tam dəstəyini bir daha təkrarladığı bildirilib. 

Həmçinin Meloni Ukrayna xalqının ədalətli sülhə nail olmaq üçün İtaliyanın bütün faydalı səylərə maksimum sadiqliyini bir daha təsdiqləyib. 

“Baş nazir Kiyevə getmək niyyətini təsdiqləyib və Prezident Zelenskini Romaya səfərə dəvət edib”, - məlumatda deyilib. 

Ukrayna Prezidenti Zelenski də öz "Twitter" hesabında İtaliyanın Ukraynaya əlavə 10 milyon avro yardımına görə Meloniyə təşəkkür edib. Zelenski yazıb ki, Meloni ilə hava hücumundan müdafiə sistemləri və Ukraynanın sülh formulu ilə bağlı görüş keçiriblər.

Malik Atilay

 





28.12.2022    çap et  çap et