525.Az

Ana dilimizdə


 

Ana dilimizdə<b style="color:red"></b>

Futbol - dünya əhalisinin ən çox sevdiyi idman növüdür. Planetimizdə milyardlarla insan bu füsunkar oyunun təsiri altında yaşayır.

Futbol üzrə dünya birinciliyinin final mərhələsi, komandası seçmə yarışlarından keçməyən ölkələrdə insanları televiziya ekranları qarşısına toplayır. Elə Azərbaycanın milli yığması təsnifat oyunlarında uğur qazanmasa da, bu, ölkəmizin futbol həvəskarlarının hal-hazırda Braziliyadakı baş turnirə marağını qətiyyən azaltmayıb. Hərənin öz sevimli komandası, pərəstiş etdiyi oyunçusu var. Hamının birgə sevgisi isə - futboldur - bu idman möcüzəsi, fantastik yarış cazibəsi!

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə ixtisaslaşdırılmış İdman televiziya kanalının yaradılması bütün idman növlərinin, o cümlədən futbolun ölkəmizdə təbliği işinə güclü təkan verib. İlk növbədə diqqəti efirdə yayımlanan matçların sayının artması cəlb edir. Artıq birbaşa yayımı Rusiya Türkiyə telekanallarında axtarmağa ehtiyac qalmayıb. İndi futbol azarkeşlərimiz Azərbaycanın bütün bölgələrində ödənişsiz-filansız dünyanın ən mötəbər idman yarışlarını izləyə bilirlər. Deyilənlərin hamısından vacib əziz budur ki, azərbaycanlılar həmin yarışlardan reportajları öz ana dilində dinləyirlər. Bu isə idmanın uşaq gənclər arasında təbliği işində əvəzsiz amildir.

Sevindirici haldır ki, Azərbaycanın idman şərhçiləri məktəbi daim inkişafdadır. Valid Sənani, Aqşin Kazımzadə, Çingiz İsmayılov ənənələrinin davamçıları Fikrət Adıgözəlli, Siyavuş Əliyev, Ziya Məcidli (doktor Ziya), Rəşad Rafiqoğlu, Ramiz Mirzəzadə, İsmayıl Abdullayev, Tərlan Məmmədov, Fərid Ramazanov, Nurlan Hacıyev tamaşaçı dinləyici auditoriyasını nəinki məlumatlandırır, həmçinin idman rəqabətinin psixoloji emosional gərginliyini ekran qarşısında yaşamaqda onlara kömək edir, bayram əhval-ruhiyyəsi yarada bilirlər. "İdman-Azərbaycan" telekanalı şərhçilərinin nitqi Azərbaycan dilinin ədəbi normalarına dolğun cavab verir, ləhcə əlamətlərindən azaddır. Onların məntiqli təhlili məlumat baqajı da tamaşaçı iradlarına yer qoymur. Təsadüfi deyil ki, indi Braziliyada keçirilən futbol üzrə dünya çempionatının final yarışlarını azərbaycanlı tamaşaçılar nəinki öz evlərində, eləcə kafelərdə, futbol klublarında, çayxanalarda Bakının, Sumqayıtın izdihamlı yerlərində qurulmuş böyük monitorlarda məhz "İdman-Azərbaycan" televiziya kanalı vasitəsilə izləyirlər. tamaşaçılar Braziliyanın futbol karnavalının bayram ruhunu vətənimizə gətirənlərə doğma dildə "Sağ olun!" deyirlər.

Orxan QASIMBƏYLİ

Azərbaycan Texniki Universitetin 3- kurs tələbəsi, futbol azarkeşi

 





01.07.2014    çap et  çap et