525.Az

Bütün banklarda rabitə xidmət haqlarının ödənilməsi mümkündür


 

Bütün banklarda rabitə xidmət haqlarının ödənilməsi mümkündür<b style="color:red"></b>

Ölkə vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə, respublika ərazisində fəaliyyət göstərən banklarda rabitə xidmət haqlarının qəbul edilməsi üçün Rabitə Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən xüsusi proqram təminatı hazırlanıb ölkədə fəaliyyət göstərən bütün banklar bu sistemə qoşulub. Nazirlikdən verilən xəbərə görə, hazırda abunəçilər həm Hökumət Ödəniş Portalı (apus.az) vasitəsilə, həm respublika ərazisində fəaliyyət göstərən bütün bankların filiallarında şöbələrində rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər. 2014- ilin mart ayından istifadəyə verilən bu xidmət əhalinin marağına səbəb olmuşdur statistika göstərir ki, qısa müddət keçməsinə baxmayaraq bu sistem vasitəsilə aparılan ödənişlərin həcmi durmadan artmaqdadır. Eyni zamanda abunəçilərin rahatlığının təmin edilməsi üçün servis yaradılıb telefon nömrəsini kompüterə daxil edərkən avtomatik olaraq həmin abunəçinin kommunal kodları borc məbləğləri ekranda əks olunur.

Beləliklə kommunal kodların yadda saxlanılmasına ehtiyac qalmır təkcə telefon nömrəsini daxil etməklə həm rabitə, həm kommunal xidmətlərin ödənilməsi mümkün olur. Bu xidmətin bir üstünlüyü ondadır ki, yığılan vəsait həmin gün avtomatik olaraq aidiyyəti telekommunikasiya müəssisəsinin bank hesabına köçürülür debitor yaranmır.

SAMİRƏ

 





01.07.2014    çap et  çap et