525.Az

ABŞ-ın neft nəhəngi "Exxon Mobil" Aİ-ni məhkəməyə verib


 

ABŞ-ın neft nəhəngi "Exxon Mobil" Aİ-ni məhkəməyə verib<b style="color:red"></b>

"Exxon Mobil" şirkəti Avropa İttifaqını (Aİ) məhkəməyə verib. Buna səbəb Aİ-nin şirkətin gəlirlərinə həddindən artıq mənfəət tətbiq etməsi olub.

525.az xəbər verir ki, ABŞ-ın enerji nəhəngi "Exxon Mobil" neft şirkətləri üçün gözlənilməz verginin qarşısını almaq üçün Aİ-ə qarşı iddia qaldırıb.

İddia "Exxon"un Niderland və Almaniyadakı törəmə şirkətləri tərəfindən Aİ-nin Lüksemburqdakı Baş Məhkəməsində qaldırılıb. Şirkət Aİ Şurasının vergi tətbiq etmək üçün qanuni səlahiyyətinə etiraz edərək, bunun hər ölkə tərəfindən fərdi şəkildə həll edilməsi lazım olduğunu iddia edib.

Brüssel yeni vergini sentyabr ayında enerji daşıyıcılarının qiymət artımını cilovlamağa yönəlmiş tədbirlər paketinin bir hissəsi kimi tətbiq edib.

Qeyd edək ki, qiymət artımları neft və qaz şirkətlərinin son aylarda rekord qazanc əldə etməsinə kömək edib, eyni zamanda istehlakçılar və biznes üçün enerji ödənişlərinin artması ilə nəticələnib.

Fərid Sançar

 





29.12.2022    çap et  çap et