525.Az

Fevralın 24-nə kimi Ukraynaya gedəcəyəm - Meloni


 

Fevralın 24-nə kimi Ukraynaya gedəcəyəm - <b style="color:red">Meloni</b>

İtaliyanın Baş naziri Giorgia Meloni Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın paytaxtı Kiyevə gedəcəyini bəyan edib.

525.az xəbər verir ki, ölkədə sentyabrın 25-də keçirilən ümumi seçkilərdən sonra oktyabrın 22-də vəzifəsinin icrasına başlayan Baş nazir Giorgia Meloni ilk dəfə ilin yekunu üzrə mətbuat konfransı keçirib. O Rusiya-Ukrayna müharibəsinin ildönümünü - fevralın 24-dən əvvəl Kiyevə gedəcəyini açıqlayıb. 

Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı telefon danışığına toxunan Meloni, Kiyevə gedəcəyini Prezidentə dediyini bildirib.

Məhəmməd Tağıyev

 





30.12.2022    çap et  çap et