525.Az

"DÇ-2014": son 1/4 finalçılar müəyyənləşir


 

"DÇ-2014": son 1/4 finalçılar müəyyənləşir <b style="color:red"></b>

Bu gün keçiriləcək iki oyunla "DÇ-2014"ün 1/8 final mərhələsinə yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, bu oyunlardan sonra mundialın bütün 1/4 finalçıları müəyyənləşəcək.

İlk öncə meydana Argentina və İsveçrə yığmaları çıxacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.

Qeyd edək ki, Argentina - İsveçrə və Belçika - ABŞ oyunlarının qalibləri 1/4 finalda bir-birilə qarşılaşacaq.

Xatırladaq ki, artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya - Kolumbiya, Hollandiya - Kosta-Rika və Fransa - Almaniya görüşləri keçiriləcək.  

1 iyul

1/8 final mərhələsi

21:00. Argentina - İsveçrə
Baş hakim: Jonas Erikson (İsveç)

01:00. Belçika - ABŞ
Baş hakim: Camel Haymoudi (Əlcəzair)

 





01.07.2014    çap et  çap et