525.Az

İranda hava çirkliliyi səbəbindən təhsil onlayn davam edəcək


 

İranda hava çirkliliyi səbəbindən təhsil onlayn davam edəcək<b style="color:red"></b>

İranın paytaxtı Tehran, Elborz, İsfahan və Qəzvin əyalətlərinin bəzi yerlərində havanın çirklənməsi səbəbindən tədris çərşənbə axşamı və çərşənbə günləri onlayn rejimdə davam etdiriləcək. 

525.az xəbər verir ki, Tehran Qubernatorluğu tərəfindən verilən açıqlamada paytaxtın havanın çirklənmə indeksinin orta hesabla 165 olduğu və bunun bütün qruplar üçün “qeyri-sağlam” olduğu bildirilib. 

Müvafiq olaraq Səhiyyə Nazirliyinin təklifi və Havanın Çirklənməsi Fövqəladə İşçi Qrupunun təsdiqi ilə hamilə qadınlar, 6 yaşınadək uşağı olan analar və ya ibtidai sinif şagirdləri, 50 yaşdan yuxarı, ürək, ağciyər və tənəffüs sistemi xəstəlikləri olanlar, şəkərli diabet, revmatizm, yüksək təzyiq və xərçəng xəstələri çərşənbə axşamı və çərşənbə günləri uzaqdan işləyəcək.

Malik Atilay

 





03.01.2023    çap et  çap et