525.Az

İŞİD dünya müsəlmanlarına müraciət edib


 

İŞİD dünya müsəlmanlarına müraciət edib<b style="color:red"></b> “İraq Şam İslam Dövləti” qruplaşmasının lideri islam dövləti qurmaq üçün dünya müsəlmanlarını İraq və Suriyaya getməyə çağırıb.
 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qurumun lideri Əbu Bəkir əl-Bağdadi audimüraciətində bildirib ki, “İslam Dövlətinə” hicirət etmək bütün “müsəlmanların borcudur”.
 
Çağırış əsasən, hakim, həkim, mühəndis, eləcə də hərbçilərə və idarəetmə təcrübəsi olanlara şamil edilib.
 
Xatırladaq ki, bir müddət öncə İŞİD İraq və Suriyada nəzarəti altında olan ərazilərdə xilafət qurduğunu bəyan edib.
 





02.07.2014    çap et  çap et