Almaniyada bir vaxtlar məşhur olan teleqram xidmətləri yeni ildə başa çatıb.
525.az xəbər verir ki, Alman Poçt İdarəsi (Deutsche Post) tərəfindən verilən açıqlamada 2018-ci ildən bəri beynəlxalq istiqamətlərə teleqram xidmətlərinin göstərilmədiyi xatırladılaraq yeni ildə ölkədaxili xidmətlərin də dayandırıldığı açıqlanıb. Son illərdə ayda orta hesabla 200-300 teleqram göndərildiyi bildirilən açıqlamada ötən ilin son günündə sonuncu dəfə 3 228 teleqramın göndərildiyi bildirilib.
Qeyd edək ki, Almaniyada 160 simvola qədər teleqramın göndərilməsi ən azı 12,57 avroya başa gəlirdi.
Məhəmməd Tağıyev