525.Az

Qırğızıstanda fonoqram mahnı oxumaq qadağan edilib


 

Qırğızıstanda fonoqram mahnı oxumaq qadağan edilib<b style="color:red"></b>

Qırğızıstan Mədəniyyət Nazirliyinin mətbuat xidməti jurnalistlərə açıqlamasında Qırğızıstanın ictimai mədəni tədbirlərdə əvvəlcədən yazılmış mahnıların müşayiəti ilə oxunmasını qadağan etdiyini açıqlayıb. 

525.az xəbər verir ki, qadağa yanvarın 1-dən qüvvəyə minib. Qırğızıstan mətbuatında yer alan xəbərə görə, bu barədə qərarı mədəniyyət, informasiya və idman naziri Altınbek Maksutov imzalayıb. 

Sənəd teatrlarda, kinoteatrlarda, muzeylərdə, klublarda, kitabxanalarda və gimnaziyalarda dövlət mədəniyyət tədbirlərində fonoqramı qadağan edib. Bu qadağa kütləvi ictimai tədbirlərə də aiddir. 

“Mədəniyyət tədbirləri zamanı müğənnilər canlı ifa etməlidirlər”, - Nazirliyin mətbuat xidmətindən bildirilib.

Bu yeni qaydanı pozanlara qarşı hansı cəzaların tətbiq olunacağı bəlli olmasa da, məsuliyyət müvafiq tədbirlərin təşkilatçıları və aparıcılarının üzərinə düşəcək. Bildirilir ki, qanunvericiliyə əməl edilib-edilməməsinə Qırğızıstanın mədəniyyət naziri şəxsən nəzarət edəcək. Mahnı qərarı 2021-ci ilin fevralında Qırğızıstanın Mədəniyyət Nazirliyi konsert təşkilatçılarından biletlərin və afişaların üzərində müvafiq elanları çap edərək, tamaşanın canlı və ya fonoqram olacağı barədə tamaşaçılara məlumat verməyi tələb etdikdən sonra imzalanıb.

Malik Atilay

 





04.01.2023    çap et  çap et