525.Az

Cənubi Sudanda xidmət edən Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub


 

Cənubi Sudanda xidmət edən Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub<b style="color:red"></b>

Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov - BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.

 





05.01.2023    çap et  çap et