525.Az

MEK tərəfindən daha iki biblioqrafik göstərici nəşr edilib


 

MEK tərəfindən daha iki biblioqrafik göstərici nəşr edilib<b style="color:red"></b>

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən kimya elmləri doktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun və fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əbil oğlu Səmədovun biblioqrafik göstəricisi işıq üzü görüb.

AMEA-nın ictimaiyyətlə əlaqələr və informasiya şöbəsindən 525.az-a verilən məlumata görə, Akademik Vaqif Məhərrəm oğlu Abbasova həsr edilən göstərici alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, 1975-2022-ci illərdə yazılan elmi əsərlərinin, publisistik məqalələrinin siyahısı, rəhbəri və yaxud məsləhətçisi olduğu dissertasiyalar, rus, ingilis dillərində çapdan çıxan elmi və publisistik məqalələri, müəlliflik şəhadətnamələri və patentləri, respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlardakı çıxışları, haqqında yazılan mənbələri əhatə edir. 

Kitabdakı əksər materiallar üç dildə (Azərbaycan, rus, ingilis), xronoloji ardıcıllıqla düzülüb, vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib edilib, alimin əsərlərinin əlifba göstəricisi verilib.

Göstəricinin elmi redaktoru t.e.d., dosent N.İ.Mürsəlov, tərtibçilər k.ü.f.d. G.Q.Abbasova, V.X.Mirzəbəyova, ixtisas redaktoru Əməkdar mədəniyyət işçisi X.İ.İsmayılova, tərcüməçilər V.A.Hacıyeva, N.H.Heybətovadır.

Digər bir alimin əsərlərindən hazırlanmış biblioqrafik göstəricisi isə AMEA-nın müxbir üzvü Oqtay Əbil oğlu Səmədova həsr edilib. Göstəriciyə alimin 1981-2022-ci illəri əhatə edən həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, nəşr etdirdiyi kitabları, elmi məqalələri, respublika və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, rəhbərlik və ya opponentlik etdiyi namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyaları haqqında olan mənbələr daxildir. Riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstəricinin elmi redaktoru fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımov, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi biblioqraf Türkan Vahidovadır.
İstifadəni asanlaşdırmaq üçün kitabın sonunda müştərək müəlliflərin, əsərlərinin əlifba göstəricisi verilib.

Qeyd edək ki, MEK tərəfindən 2022-ci il ərzində on dörd biblioqrafik göstərici nəşr edilib ki, bu da oxucuların axtarış imkanlarını asanlaşdırmaq üçün nəzərdə tutulub.

 





05.01.2023    çap et  çap et