525.Az

Xocavənddə azad edilmiş ərazidə xeyli silah-sursat aşkarlanıb - FOTO


 

Xocavənddə azad edilmiş ərazidə xeyli silah-sursat aşkarlanıb - <b style="color:red">FOTO</b>

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Bu barədə 525.az-a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12.800 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

 





05.01.2023    çap et  çap et