525.Az

Sarkoziyə rəsmi ittiham verilib


 

Sarkoziyə rəsmi ittiham verilib<b style="color:red"></b>

İyulun 1-də ifadə vermək üçün polisə çağırılan sabiq Fransa prezidenti Nikola Sarkoziyə ittiham irəli sürülüb.

“Media forum” saytı bildirir ki, Paris yaxınlığındakı Nanter şəhərinin polis şöbəsində dindirilən Sarkozi rüşvət verməkdə, xidməti səlahiyyətindən şəxsi məqsədlər üçün istifadədə, peşə sirrinin pozulması faktını gizlətməkdə təqsirləndirilir.   

Sabiq prezidentin keçmiş vəkili Terri Ertsoq və Ali Məhkəmənin baş vəkili Jerar Aziber də bu iş üzrə ittiham olunurlar. İstintaqın ehtimallarına görə, Sarkozi onun seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə məhkəmə çəkişmələri zamanı vəkili Ertsoq vasitəsilə peşə sirri olan məlumatlar əldə etməyə cəhd göstərib. Aziberə isə Sarkozinin Monakoda hakim postu vəd etdiyi güman olunur.

 





02.07.2014    çap et  çap et