525.Az
Bakıda bomba həyəcanı
Bakının Nizami rayonunda kafelərdən birində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-nin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.
Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.
02.07.2014
çap et