525.Az

Ərdoğan Putinlə qaz qovşağı layihəsini müzakirə edib


 

Ərdoğan Putinlə qaz qovşağı layihəsini müzakirə edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə qaz qovşağı layihəsi haqqında danışıb.

525.az xəbər verir ki, danışıqlar zamanı Ərdoğan Putini əmin edib ki, Ankara təbii qaz mərkəzinin yaradılması üçün zəruri olan enerji infrastrukturunu gücləndirib və gücləndirməkdə davam edir. Bundan əlavə, Türkiyə Prezidenti layihənin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlandığını açıqlayıb.

Qeyd edək ki, Türkiyənin Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsinin həyata keçirilməsi üzrə işə başlaması faktı yanvarın 3-də məlum olub. Ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, ilkin hazırlıq müddəti bir ildir. Siyasətçi onu da bildirib ki, zaman keçdikcə Avropa ölkələrinin layihəyə marağı arta bilər. 

Fatih Dönməz onu da bildirib ki, təbii qazın satışı üzrə bazar mexanizmləri platformada fəaliyyət göstərəcək və Ankara İstanbulda yaradılan qovşaqla bağlı hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil.

Havar Şəfiyeva

 





05.01.2023    çap et  çap et