525.Az
Bir neçə küçəyə giriş məhdudlaşdırılıb
Bakının bir neçə küçəsinə nəqliyyatın girişi məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır.
Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmək tövsiyə olunur.
02.07.2014
çap et