525.Az

Ukraynanın Rusiyaya atəşkəs cavabı - ikiüzlülüyə gərək yoxdur


 

Ukraynanın Rusiyaya atəşkəs cavabı - <b style="color:red">ikiüzlülüyə gərək yoxdur</b>

Ukrayna Prezident Aparatının müşaviri Podolyak Putinin 36 saatlıq atəşkəs təklifinə “ikiüzlülüyə gərək yoxdur” sözləri ilə cavab verib. 

525.az xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiya Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinə Ukraynada sabah 12:00-dan etibarən 36 saatlıq atəşkəsin tətbiq edilməsi ilə bağlı əmrini qiymətləndirib. 

Podolyak "Twitter" hesabında: "Birincisi, Ukrayna Rusiya kimi yad torpaqlara hücum edib dinc əhalini öldürmür. Ukrayna öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. İkincisi, Rusiya işğal etdiyi ərazilərdən çıxandan sonra atəşkəs olacaq. İkiüzlülüyə gərək yoxdur", - deyə qeyd edib.

Malik Atilay

 





05.01.2023    çap et  çap et