525.Az

Şahzadə Harri qardaşı Uilyamı ona fiziki şiddət göstərməkdə ittiham edib


 

Şahzadə Harri qardaşı Uilyamı ona fiziki şiddət göstərməkdə ittiham edib<b style="color:red"></b>

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Susseks hersoqu Şahzadə Harri yanvarın 10-da nəşr olunacaq kitabında qardaşı Uels şahzadəsi Uilyamın ona fiziki şiddət göstərdiyini iddia edib. 

525.az xəbər verir ki, Britaniyanın "The Guardian" qəzeti Şahzadə Harrinin səbirsizliklə gözlədiyi "Spare" memuar kitabının 10 yanvarda rəflərdə olacaq nüsxəsiylə tanış olduğunu açıqlayıb. 

Qəzetin yazdığına görə, Şahzadə Harri 2019-cu ildə Londondakı evində böyük qardaşı Şahzadə Uilyamla həyat yoldaşı Meqan Marklla bağlı mübahisə edib. “The Guardian” yazır ki, Şahzadə Harri kitabında aşağıdakı ifadələrdən istifadə edib: "O, su stəkanını yerə atdı və üstümə hücum etdi. Hər şey çox sürətli olmuşdu. Yaxamdan tutdu, boyunbağımı qopardı və məni yerə yıxdı. Şüşə qırıntılarının üstünə yıxıldım kasa və qırıq qabın parçaları kürəyimə batdı. Bir an heyrətlə orada dayandım, sonra ayağa qalxdım və getməsini dedim”. 

Mövzu ilə bağlı Bukingem Sarayından heç bir açıqlama verilməyib.

Malik Atilay

 





05.01.2023    çap et  çap et