525.Az

Özünü damdan atan qadının kimliyi məlum olub


 

Özünü damdan atan qadının kimliyi məlum olub<b style="color:red"></b> Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nobel prospekti 9 ünvanında yerləşən yaşayış binasının damından özünü ataraq intihar edən qadının Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mətanət Məmməd qızı Abbasova olması müəyyənləşib. Qadının intihar etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 
 





02.07.2014    çap et  çap et